Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Rusiyadan Belarusa ötürülən elektrik enerjisi kəsiləcək
 
Elektrik xəttləri
Rusiyanın "İnter RAO" şirkəti bildirir ki, onun Belarusa ötürdüyü elektrik enerjisinə görə Minsk borclarını ödəmir, odur ki, iyunun 29 saat 00-00-da bu ölkəyə ötürülən enerji tamamilə kəsiləcək.

Cəm şəkildə Belarusun enerji borcu təxminən 65 milyon dollar təşkil edirdi, bu martdan maya kimi yığılan borc idi. Borcun təxminən 1/3 Minsk artıq ödəyib, qalan 1/3 iyunun 28-i səhərə kimi ödənilməliydi. Son hissə isə iyulun əvvəlində ödənilməliydi. Moskvada bildirirlər ki, vəsaitlər gəlməyib və enerji tamamilə kəsilə bilər.

"İnter RAO" şirkəti iyunun əvvəlində Belarusa ötürülən enerjiyə məhdudiyyət qoymuşdu, ancaq danışıqlar nəticəsində bu məhdudiyyətlər götürüldü və Belarusa vaxt möhləti verildi.

Xəbərlərə görə, enerjini Belarusda satan "Belenerqo" şirkətinin pulu var, ancaq bu vəsaitlər belarus rubluyladır. Şirkət ölkədə enerjini daxili valyutaya satır. Ancaq həmin pulları rus rubluna konvertasiya etməkdə şirkətin problemləri yaranıb. Bu da son aylar Belarusda yaşanan valyuta böhranıyla əlaqədardır.

Yeri gəlmişkən, may ayında məhz valyuta çatışmamazlığı üzündən Belarus Ukraynadan elektrik enerjisi almaqdan imtina edib.

Bu arada Belarus rəsmiləri deyirlər ki, ölkənin çətinlikləri müvəqqətidir. Baş nazir Mixail Myasnikoviç bildirib ki, ölkədə inflyasiya praktiki dayanıb, valyuta bazarı işə düşüb.

Rusiyadan alınan elektrik enerjisi Belarusun gündəlik tələbatının 12 faizini təşkil edir, odur ki, müşahidəçilərə görə, Moskvanın enerjini kəsməsi əhaliyə çox az təsir edəcək. Bununla belə Belarusun özündə deyirlər ki, ölkənin enerjini hasil etməyə imkanları var, sadəcə Rusiyadan enerji almaq iqtisadi baxımdan daha əlverişli idi.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik