Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 Avqust, 2010 - Published 11:28 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İranlı qadının vəkili onun farsca bilmədiyini yazır
 
Mustafai

İranda daşqalaqla edama məhkum edilmiş etnik azərbaycanlı qadının vəkili olmuş Məhəmməd Mustafai deyir ki, fars dilini zəif bilməsi səbəbindən o bir çox hüquqi terminləri anlamır.

Səkinə Əştiani əvvəlcə ərinə xəyanət üstündə 99 şallağa məhkum edilmişdi. Sonra isə onu ərinin qətlinin təşkilində iştiraka görə ölümə məhkum ediblər.

Beynəlxalq təzyiq altında İran hələki edamın həyata keçirilməsini dayandırıb.

İngiltərədə çıxan Taymz qəzetinə yazdığı məqalədə cənab Mustafai həm də deyir ki, onunla məxfi polisin sərt davranışı İranda geniş yayılmış haldır:

"İranda iki qəbildən olan qanunlar var. Birincisi hamıya aid olan qanunlar. İkincisi məxfi polisin özbaşına müəyyən etdiyi qanunlar.

Xanım Əştianinin işini çətinləşdirəm odur ki, onun doğma dili Azərbaycan dilidir. Bu səbəbdən o məhkəmədə deyilənlərin əksəriyyətini anlamır. "

Vəkil yazır ki, beynəlxalq kampaniya İranın kəşfiyyat xidmətlərini çox acıqlı edib. İndi onlar siyasi oyun oynamağa başlayıblar:

"Əvvəlcə onlar məni həbs etməyə çalışdılar. Lakin mən evdə deyildim. Sonra arvadım və qaynımı iki həftə əsassız olaraq Evin həbsxanasında saxladılar.

Sonra qaynatamı da həbs etdilər."

Həbsdən yayınmaq üçün Mustafai əvvəl Türkiyəyə, sonra Norveçə qaçıb.

Bundan az sonra xanım Əştiani telekameralar qarşısına çıxarılaraq, ərinin öldürülməsi planından xəbərdar olduğunu etiraf edib.

"Belə düşünülür ki, bundan əvvəl iki gün ərzində ona işgəncələr verilib. Yalnız bundan sonra o həmin yalanları təkrar etməyə razı olub.", yazır vəkil Mustafai.

Onun sözlərinə görə, İran ədliyyəsinin işinə kəşfiyyat xidmətlərinin təsiri son dərəcə güclüdür.

O xəbərdarlıq edir ki, belə getsə ölkədə artıq adi qanunlar yox, yalnız rejimə əl verən qanunlar işləyəcəklər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik