|
"Harada demokratiya, azadlıq varsa oraya evim demək olar"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
BBC Radio 4 stansiyasının çox populyar olan Between ourselves” – “Öz aramızda” proqramının studiyasının bu günlərdə iki qaçqın
qonağı olub. Onlardan biri əslən Təbrizli olan və bir müddət Azərbaycan Respublikasında yaşamış Məhəmməd Ənsaridir.
“Mən Bakıya gəlmişdim ki, öz ana dilimdə təhsil almaq imkanım olsun. Mən həm də musiqi sənətini öyrənirdim. Sonralar qəzetlər üçün məqalələr yazmağa başladım. Bu isə Azərbaycandakı İran səfirliyinin xoşuna gəlmirdi. Çünki biz Salman Rüşdinin “Xəcalət” povestini tərcümə etmişdik. Biz o zaman çalışırdıq ki, Azərbaycana islam təməlçiliyini ixrac etməyə çalışan İranın qarşısını alaq. Odur ki, mən arada İrana gedib-gələndə məni sərhəddə incidirdilər, dəfələrlə həbs edirdilər. Sonra mən İrana qayıtdım və musiqi dərsi deməyə başladım. Onlar mənə Azərbaycan musiqlərini nəşr etdirmək imkanını vermədilər”. Onlar nə üçün buna icazə vermirdilər? Çünki fars şovinizmi Azərilərin öz ana dillərində təhsil almalarını istəmir. Onlar istəmirlər ki, azərbaycanlılar öz mədəniyyətləri ilə fəxr etsinlər. Odur ki, İranda bütün başqa etnik qruplar basqı altındadırlar. İran çoxdilli, çoxmədəniyyətli ölkədir. İranda kürdlər, bəluclar, ərəblər, türkmənlər, azərilər var. Onlar başqa millətlərə təlqin etməyə çalışırlar ki, bizim kökümüz farsdır, lakin sonradan dilimiz dəyişib. Bu mümkün deyil. Çünki İran Farsistan deyil. Təkcə Persiya deyil. Siz Azərbaycan dilinin və mədəniyyətinin tanınması üçün səsinizi ucaldanda hakimiyyətin buna reaksiyası necə oldu? Onlar bir musiqçi kimi mənim İranda fəaliyyətimi qadağan etdilər. Onları vaxtaşırı məni tutub dindirir və sonra buraxırdılar, 2006-cı ildə məni 5 gün həbsdə saxladılar. Çünki mən İran Azərbaycanında keçirilən dinc nümaiyə qoşulmuşdum. Bu etiraz İranın dövlət qəzetlərindən birində Azərbaycan xalqı təhqir edildikdən sonra keçirilirdi. Siz yəqin ki, qəzetdə dərc olunmuş tarakan karikatürasını deyirsiniz. .. Bu mənim üçün olduqca təhqiramiz idi və dinc nümayiş hökumət qüvvələrinin müdaxiləsi ilə zorakı şəkil aldı.
Bundan sonra nə oldu? Onlar məni beş gün müddətində həbsdə saxladılar. Ailəm məni pulla zaminə çıxardı. Lakin hər halda siz ölkənizi ilkin olaraq siyasi təqibə görə tərk etməmisiniz, elə deyilmi? Bəli, mən bura gəldim ki, ingilis dilini öyrənəm. Və bir də doktoranturaya qəbul olunmaq istəyirdim. Mən Britaniyada bir sıra qəzetlərlə əməkdaşlıq etməyə başladım. Biz Lids şəhərində cəmiyyət yaratdıq. Cəmiyyətin adı ATAİ – Azəri-türk birliyi idi. Sonra radio da qurduq. Londonda nümayiş və piketlər keçirdik. Bütün bu işlərin xəbəri İrana gedib çatanda onlar mənim bir yaxınımı və ailə üzvümü həbs etdilər. Onlar mənim vəkilimi də həbs etdilər. Onları sorğu-sual edərkən elə hey mənim barəmdə və Azərbaycan milli hərəkatı barədə suallar veriblər. Mən o vaxt başa düşdüm ki, İrana qayıda bilməycəyəm. Və sonra siz burda rəsmi sığınacaq istədiniz və ərizə yazdınız. Bəs cavabı nə qədər gözlədiniz? Təxminən 30 gün... O günü necə xatırlayırsınız? Dörd ay bundan əvvəl idi. Çox yaxşı gün idi... İranda qalmış qohumlarınızdan narahatsınızmı? Mən əlbəttə, qohumlarımdan və dostlarımdan narahatam. Nə vaxt onlara zəng etsəm, nə vaxt siyasətdən danışsaq, sonra eşidirəm ki, onları tutub dindiriblər. Mən xəcalət çəkirəm ki, onlar mənə görə iztirab çəkirlər. İrandakı sənətçi dostlarımla da əlaqə saxlaya bilmirəm. Ailəniz üçün darıxırsınızmı? Əlbəttə, özümü günahkar sayıram. Ailənin yeganə oğluyam. Anam mənim üçün darıxır. O mənə zəng edir. Həmişə ağlayır. Mən ona deyirəm ki, bu həyatdır. Qismətim budur. Üçüncü bir ölkədə yaxınlarınızla görüşə bilərsinizmi? Düşünürəm ki, Türkiyədə və ya Azərbaycanda bu, mümkün ola bilər. Lakin hələlik belə bir imkanım olmayıb. Sizə sığınacaq vermiş ölkəyə - Britaniyaya minnətdarsınızmı? Bəli, minnətdaram. Burda fəallıq göstərə bilirəm. Burda musiqi məktəbi açmaq niyytindəyəm. Ən əsası isə burda mən azadam. Mən burda həyatımı planlaşdıra bilirəm. Mən burda arzularıma çata bilərəm. İranda isə hər şey qaranlıq, hər şey mücərrəddir. Yəni siz artıq Britaniyanı öz eviniz hesab edirsiniz? Bəli, mən deyə bilərəm ki, Britaniya mənim evimdir. Məncə harada demokratiyanı, azadlığı tapa bilirsənsə, ora ev demək olar. Qohumlarınız narahat deyillərmi ki, sizi artıq bir növ itirirlər? Onlar əlbəttə, məni görmək istəyirlər, lakin anam həmişə deyir ki. Özümdən muğayat olum. O da deyir ki, hardayamsa, orda da qalım. Məhəmməd, siz indi özünüzü –azərbaycanlı, iranlı, yoxsa britaniyalı sayırsınız? Britaniyalı azərbaycanlı sayıram... |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||