|
"Yeni Kastro, həmin Kuba"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kubada liderliyin 3 il əvvəl Fidel Kastrodan qardaşı Raul Kastroya keçməsindən sonra ölkədə insan haqları ilə bağlı vəziyyət
dəyişmədi. Bunu Human Rights Watch deyir.
Nyu Yorkda mənzillənən bu insan haqları təşkilatının yeni hesabatına görə, Kuba hökuməti öz tənqidçilərini əzməkdə davam edir və dissidentliyə görə, məhbəsə atılanları hələ də azad etməyib. BBC-nin Vaşinqton müxbiri İmtiyaz Tyab xəbər verir ki, 60-dan çox müsahibəyə əsaslanan tədqiqatın nəticələri göstərir ki, hakimiyyətin Fidel Kastrodan qardaşı Raula keçməsinə baxmayaraq, Kubada insan haqlarının pozulması davam edir, dissidentlər həbsə atılır, tənqidçilər repressiyaya məruz qalır. Hesabat müəllifləri iddia edir ki, Birləşmiş Ştatların Kubaya embarqosu səmərəli olmadı və Amerika Avropa İttifaqı, Kanada və digər Latın Amerikası ölkələrilə birgə sanksiyalar qəbul etmək üzərində işləməlidir.
Bu qiymətləndirmə Kubada Raul Kastronun liderliyi altında insan haqlarının pozulmasına dair ilk geniş hesabatdır. Fidel Kastro 2006-cı ilin iyulunda hakimiyyəti kiçik qardaşı Raul Kastroya dövr etmişdi. Ötən il isə davam edən xəstəliyi səbəbilə prezident vəzifəsindən rəsmən istefa verdi. Bir çox analitiklər ümid edirdi ki, kiçik qardaş Kastro bəzi siyasi və iqtisadi məhdudiyyətləri aradan qaldıracaq. Human Rights Watch-dan belə bir hesabat Prezident Barak Obamanın Çinlə əlaqələri yenidən qrumaq istəməsinə dair bəyanatının verildiyi bir vaxta təsadüf edir. Amerika Konqresi həmçinin Kubaya səfərlərə qoyulmuş qadağanı aradan qaldırmağı da nəzərdən keçirir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||