|
Kosovo seçkiləri dəyərləndirilməkdədir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kosovoda başa çatan seçkilər beynəlxalq qurumlar, o cümlədən, Avropa Parlamenti tərəfindən dəyərləndirilir.
Avropa nümayəndə heyətinin başçısı seçkilərdə serb azlığının iştirakını alqışlayıb. Dorris Pack-ın sözlərinə görə yerli serblər Belqraddan gələn təzyiqə rəğmən seçkilərə qatıldılar. "Seçkilər göstərib ki, Kosovo əməlli-başlı fəaliyyət göstərən dövlətə çevrilmək üzrədir", - deyib Dorris Pack. Səsvermənin dünya standartlarına uyğun olub-olmaması barədə dəyərləndirmə Kosovo demokratiyasının yetkinliyini müəyyən etməlidir, deyilir təhlillərdə. Bu arada Kosovonun baş naziri Haşim Taçi Serbiyadan ayrıldıqdan bəri aparılan ilk səsvermənin uğurlu keçməsi ilə bağlı həmvətənlilərini təbrikləyib. Hakim koalisiyaya daxil olan Demokrat Partiyasının lideri Heyrəddin Kuçi öz partiyasının qələbəsini elan edərək deyib ki, ölkəsi demokratiyanın bəhrəsini görməkdədir. Cənab Kuçi deyib ki, onun partiyasının qələbəsi həm də ölkəsinin qələbəsidir. "İnanıram ki, keçirilən dinc və demokratik proses həmçinin Kosovo üçün də böyük qələbədir", - deyib Xeyrəddin Kuçi. Kosovonun Serbiydan ayrılması Avropa İttifaqı daxilində yekdilliklə tanınmayıb. Bəzi yerli təhlilçilər deyirlər ki, səsvermənin yaxşı nəticələri Avropa daxilində tam tanınmağa kövrək də olsa ümidlər yaradıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||