|
Obama Çində hüquqlardan danışıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çinə ilk rəsmi səfərinin başlanğıcında prezident Obama deyib ki, ABŞ ilə Çinin rəqiblər olmasına ehtiyac yoxdur və onların
arasındakı əməkdaşlıq bütün dünyaya xeyir verərdi.
Amma Şanxayda gənclərlə debatlar zamanı o bildirib ki, ifadə və din azadlığı, eləcə də azad informasiyanın əldə edilməsi universal hüquqlara aiddir və bundan hamı yararlana bilməlidir. Bu axşam cənab Obama Pekində keçirilən şama qatılıb. Bu şamı onun şərəfinə çinli həmkarı prezident Hu Jintao təşkil edib. Bəs Obama administrasiyasının Çinlə əməkdaşlıq səyləri əvvəlki hökumətdən nə ilə fərqlənir? Bir çox baxımdan Barak Obamanın Çinə dair siyasəti sələfi Corc Buşun yanaşmasından o qədər də fərqlənmir. Əvvəlki xəttinə uyğun olaraq Vaşinqton beynəlxalq arenada Çinin rolunun artmasının tərəfdarıdır. Sabiq prezident Buş demişkən "Pekin qlobal sistemdə məsuliyyətli oyunçuya çevrilməlidir". Cənab Obama üçün Çinlə əlaqələrin nisbəti daha da ciddi bir vəzifə təşkil edir. Vaşınqtonla Pekinin qarşılıqlı əlaqələri iqtisadi böhran nəticəsində bir qədər dəyişib. Soyuq müharibədən dərhal sonra əldə edilən Amerikanın supergüc rolu artıq tarixə təslim olunmaqdadır. Lakin artan çoxqütblü dünyada Çinin səsi getdikcə daha aydın eşidilir. Digər tərəfdən prezident Obama öz siyasətini açıq konsensus üzərində qurmağa çalışır. Belə siyasətdə Vaşinqton Şimali Koreya və İran kimi düyünlü məsələlərdə Pekinin nüfuzuna arxalanmaq istərdi. Məlumdur ki, məhz nüvə məsələləri ətrafında müzakirələr Pekin danışıqlarının mühüm hissəsini təşkil edir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||