BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 Noyabr, 2009 - Published 13:59 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rəsmi etirazların qərəzli olduğunu hesab edir
 
Bloggerlərin məhkəməsi
Ötən həftə Azərbaycanda azadlıqdan məhrum edilmiş iki bloggerlə bağlı mübahisələr səngimək bilmir. Bu gün prezident aparatının rəsmisi Əli Həsənov bloggerlərə hökmlə bağlı etirazların əsassız və qərəzli olduğunu bəyan edib.

Azərbaycanlı rəsmi qeyd edib ki, Azərbaycan məhkəmələri müstəqildir və onlara təzyiq faydasız işdir. Halbuki, bloggerlərin müdafiəçiləri belə bir yanaşmanın siyasi səmimiliyinə inanmadıqlarını bildirirlər.

Əli Həsənov Azərbaycanın Avropa hüquq sisteminə daxil olduğunu da deyir. Bu mənada prezident aparatının şöbə müdiri bloggerlərin işinin siyasiləşdirldiyini düşünür.

"Azərbaycanda hər il xuliqanlığa görə yüzlərlə şəxs məsuliyyətə cəlb olunduğu halda bu iki gəncə belə yanaşma anlaşılan deyil".

Bloggerlərin müdafiəçiləri isə belə bir yanaşmanın kökündən yanlış olduğunu və rəsmilərin əyani faktları görmək istəmədiklərini deyirlər.

Bloggerlərin vəkili İsaxan Aşurov məişət zəmindəki cinayət işlərini fundamental insan haqlarına aid bir işlə eyni tutmaq cəhdinin uğursuz olduğunu deyir.

"Burada söhbət ifadə azadlığından gedir".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik