|
Avstraliya uşaqlığı məhv olmuş insanlardan üzr istəyib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avstraliyanın baş naziri Kevin Rudd yarım milyon insandan yetimxanalarda və uşaq evlərində təhqirlərə məruz qaldığı və ya
qayğı göstərilmədiyi üçün üzr istəyib.
Onlardan bəziləri britaniyalı miqrantlardır. Unudulmuş avstraliyalılar adlanan həmin insanlar 1930-70-ci illərdə ailələrindən alınaraq dövlətin və ya kilsənin idarə etdiyi institutların ixtiyarına verilmişdi. Cənab Rudd deyib ki, o, həmin uşaqların və onların ailələrinin yaşadıqları əzablara görə təəssüf hissi keçiririr. Həmin illəri yaşamış yüzlərlə insan üzrxahlığı dinləmək üçün Avstraliya parlamentinə toplaşıb. "Bu faciəyə, itirilmiş uşaqlığın, insan adlarının nömrələrlə, uşaq oyunlarının rejimlərlə, öyrənmək həvəsinin nökərliklə əvəzləndiyi avtoritar yerlərdə keçirilmiş uşaqlığın faciəsinə görə təəssüf hissi keçirirəm. Sizə qarşı uşaq ikən törədilmiş ədalətsizliyə görə təəssüf edirəm" - deyib Avstraliyanın baş naziri. 40 il əvvəl başa çatmış Uşaq Miqrantlar Proqramına əsasən Britaniya kasıb uşaqları Avstraliya, Kanada və digər yerlərə "yaxşı həyat" arxasınca göndərərdi. Onlar məcburən ölkədən çıxarılırdı və bir çoxlarına valideynlərinin öldüyü barədə yalan məlumat verilirdi. Valideynlərin çoxu isə uşaqlarının hara göndərildiyindən xəbərsiz olurdu. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||