|
Nigeriya prezidenti Umaru YarAdua Niger Deltasında əsas üsyançı hərəkatın liderləri ilə görüş keçiriblər.
Üsyançı lideri Henry Okah və Nobel mükafatı qalibi Vole Soyinkanın iştirak etdiyi toplantı bu qrupla oktyabr ayında atəşkəsdən
sonraya təsadüf edir.
Bu saziş neft hasilatını iflic vəziyyətinə salan hücumların dayandırılmasına gətirmişdi.
Prezidentin sözçüsü və üsyançılar danışıqları səmimi və məhsuldar adlandırıblar.
Yerli əhalinin hüquqları uğrunda mübarizə aparan üsyançı qrup öz döyüşçülərini tərksilah etməkdədir.
|