|
Amerika və Rusiya liderləri İranı xəbərdarlıqla çıxış ediblər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Onlar deyiblər ki, nüvə proqramı üstündə yaranmış mübahisənin diplomatik yollarla çözülməsi üçün vaxt daralmaqdadır.
Sinqapurdakı danışıqlardan sonra çıxış edən prezident Obama bildirib ki, İranın onun təbirincə desək, yaradıcı beynəlxalq plana hə deyə bilməməsi təəssüfedicidir. Bu plan Tehranın gizli şəkildə nüvə silahları əldə etməyə dair şübhələri ilə bağlıdır. Prezident Dmitri Medvedev deyib ki, hələ də İranı zənginləşdirilmiş uranı Rusiyaya yollamaqda yola gətirəcəyinə ümid edir. Bu uran İranın nüvə reaktorunu yanacaqla təmin etmək üçün əlavə proseslərə məruz qalmalıdır. Amma o xəbərdarlıq edib ki, irəliləyiş olmasa, onda başqa vasitələrdən istifadə edilə bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||