BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Noyabr, 2009 - Published 17:53 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İran Səudiyyəni şiələrə qarşı fəaliyyətdə gunahlandırıb
 
Ayatolla Cənnəti
Ayatolla Cənnəti
İranın yüksək rütbəli dini xadimlərindən biri Səudiyyə Ərəbistanını şiələr əleyhinə fəaliyyətdə ittiham edib.

Ayatolla Əhməd Cənnəti Səudiyyə Ərəbistanındakı vəhhabi təsisatı adlandırdığı qurumu şiə islamını məhv etmək cəhdində gunahlandırıb.

Tehranda cümə namazı zamanı çıxış edən ayatolla Cənnəti deyib ki, Səudiyyə təyyarələri Yəməndə şiə üsyançılarının fəaliyyət göstərdikləri əraziləri bombalayıblar.

O, bunu da deyib ki, vəhhabilər Səudiyyə Ərəbistanında şiələrin məsçidlərini bağlayırlar.

Bu həftənin əvvəlində Səudiyyə höküməti bildirib ki, üsyançılar onun sərhədlərindən uzaqlaşmayınca onlara qarşı hücum əməliyyatlarını davam edəcək.

Iranlıların əksəriyyəti şiə müsəlmanlarıdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik