BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 12 Noyabr, 2009 - Published 14:19 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycanda İranın vizanı ləğv etməsi necə qarşılanır
 
İranın xəritəsi
Xəbər verildiyi kimi İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etdiyini bəyan edib.

Bundan belə Azərbaycan vətəndaşları sərbəst qaydada öz cənub qonşularını ziyarətə edə biləcəklər. Bu qərarı açıqlayan İran rəsmiləri addımlarının qarşılıqlı olacağına ümid etdiklərini də bildirblər.

Bəs görəsən Azərbaycanda rəsmi Tehranın bu qərarı neçə qarşılanıb?

90-cı illərdən bəri iki ölkə arasında sadələşdirilmiş viza rejimi olsada son illər bu rejimin tam ləğvi təşəbbüsü vaxtaşırı ikitərəlfi rəsmi təmaslarda meydana çıxıb. Deyilənlərə görə, viza rejimini aradan qaldırmağı İran tərəfi dəfələrlə təklif etsə də, Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləməyə tələsməyib.

Elə indinin özündə də rəsmi Bakı tələsməyə meylli görünmür. Tehranın son addımını bu ölkənin daxili işi səciyyələndirən XİN sözçüsü Elxan Poluxov mümkün qarşılıqlı addıma "milli maraqlar çərçivəsində baxıla biləcəyini" dedi.

Öz növbəsində İranda dəfələrlə səfərdə olmuş Nardaran sakini Hacıağa Nuriyev viza rejiminin birtərəfli qaydada ləğvini İranın Azərbaycan vətəndaşlarına etimadı kimi dəyərləndirir. Onun zənnincə, bunun həm humanitar, həm də sırf iqtisadi faydaları olacaq.

"Sərbəst gediş-gəliş zamanı ticarət dövriyyəsinin artması insanların maddi dolanışığına müsbət təsir edər".

Bu günə kimi İrana viza almaq üçün orta hesabla ümumilikdə 70 manat vəsait ödəmək və bir həftə gözləmək lazım oldurdu. Hacıağa Nuriyev indi bu pula və vaxta qənaət etmək mümkün olacağını vurğulayır.

Amma Bakıda Tehranın son addımını yalnız müsbət tonda dəyərləndirməyənlər də var. Miqrasiya məsələləri üzrə ekspert, "Avrasiya" vətəndaş təşəbbüsləri platformasının prezidenti Azər Allahverənov deyir ki, İranın Azərbaycandan qarşılıqlı addım istəməsi müəyyən fəsadlarla müşayiət oluna bilər."İrandan qeyri-leqal mühacirlərin sayının artması istisna deyil".

Elə görünür rəsmi Bakı da bu amili nəzərə aldığından İranla viza rejimini ləğv etməyə tələsmir. Azər Allahverənov hesab edir ki, burada həm də Avropanın narahatçılığı nəzərə alınır.

"Azərbaycanla İran arasında viza rejimi tam ləğv edilsə onda İrandan gələn qeyri-qanuni mühacirlər Azərbaycan vasitəsilə Avropa İttifaqı ölkələrinə üz tuta bilərlər. Bu halda isə Aİ dövlətləri Azərbaycanla viza rejimini sərtləşdirə bilər və görünür bu perspektiv indi Bakını öz cənub qonşusunun təşəbbüsünə bir qədər soyuq yanaşmağa vadar edir".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik