BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 Noyabr, 2009 - Published 13:40 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Prezidentlər yenidən görüşəcəklər
 
İlham Əliyev və Serj Sarkisyan
Bu ayın sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçiriləcəyi gözlənilir.

Bunu bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Yerevanı qeyri-konstruktiv mövqe tutduğuna görə də tənqid edərək sülhün erməni ordusunun işğal altındakı torpaqlardan çıxandan sonra mümkün olduğunu bildirib.

İlham Əliyev və Serj Sarkisyan arasında cari ayda görüşün keçirilməsi prinsipcə razılaşdırılsa da, indi tərəflər bu təmasın dəqiq tarixi və məkanını müəyyənləşdirirlər. Azərbaycanlı nazir Elmar Məmmədyarov bu mənada beynəlxalq vasitəçilərin nəticə əldə edəcəklərindən nikbindir.

Elmar Məmmədyarov deyir ki, Yerevan razılaşdırıldığı güman edilən bəzi məsələlər üzərində yenidən müzakirə açır. Eyni zamanda Azərbaycanlı nazir çözümün mərhələli olacağına dair prinsipcə razılığın əldə edildiyni deyir.

"Əvvəlcə işğal altındnakı torpaqlar azad edilməli, daha sonra kommunukasiyalar açılmalı və qaçqınlar geri dönməli, sonda isə status məsələsi həll olunmalıdır".

Qarabağın gələcək statusunun ən zidiyyətli məsələlərdən biri olduğu deyilir. Statusun nə zaman və hansı formatda müəyyən ediləcəyi isə hələ ixtilaflar mənbəyidir. Elmar Məmmədyarov status məsələsində rəsmi Bakının mövqeyində güzəşt limitinin olduğunu da vurğulayır.

"Biz ermənilərə Rusiyadakı tatarların malik olduqları statusa bərabər bir muxtariyyət verməyə hazırıq".

Bakı ilə Yerevan arasında danışıqların yekun mərhələdə olduğu deyilsə də, Bakıda bəziləri təmasların inkişaf istiqamətindən narahatdırlar. Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, indiki mərhələdə masa üzərində Azərbaycanın maraqlarına ziddi təkliflərdir.

"Biabırçı sülh sazişini imzalasın deyə indi İlham Əliyevə güclü təzyiq edilir".

Amma heç də hamı belə pessimist əhval-ruhiyyədə deyil. Millət vəkili Asim Mollazadə düşünür ki, Qarabağ münaqişəsi çözümünün birinci mərhələsi reallaşsa Azərbaycanın növbəti mərhələdəki mövqeləri güclənə bilər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik