BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 Noyabr, 2009 - Published 14:32 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Burk Azərbaycanda rüşvət məsələsi üstündə bir il həbs cəzası aldı
 
Vol Strit Cornal
wsj
Bu barədə bir sıra Amerika qəzetləri və demək olar ki, dünyanın bütün aparıcı xəbər agentlikləri yazırlar.

Vol Strit Cornalda dərc olunan belə başlıqlı məqalənin müəllifi Çad Brey yazır ki, Duni and Burk əl çantaları şirkətinin şəriklərindən biri oğul Frederik Burk ona qarşı ötən iyul ayında irəli sürülmüş Azərbaycanın hökumət rəsmilərinə rüşvət verilməsi mexanizmində iştirak ittihamı ilə bu gün bir il bir gün müddətinə azadlıqdan məhrum edilib.

Manhattanda ABŞ Məhəlli Məhkəməsinin hakimi Şira Şneydlin deyib ki, Burk həbsxana müddətini çəkdikdən sonra üç il müddətinə nəzarət altında qalacaq və 1 milyon dollar cərimə ödəyəcək.

Bu iş federal hökmlərin çıxarılması üçün maksimum müddət kimi nəzərdə tutulmuş 57 aydan 71 ayadək həddindən az olduğu üçün prokurorlar müttəhimə qarşı 10 il həbs cəzası hökmünü dəstəkləyirdilər.

Hakim deyib ki, bu işin illərdir uzanmasına baxmayaraq o, cənab Burkun qurban, fırıldaqçı, yoxsa hər ikisindən bir az olduğunu hələ də başa düşə bilməyib.

Bununla belə hakim bildirib ki, bu hökm ölkənin Xaricdə Korrupsiya ilə məşğul olan başqaları üçün örnək olmalıdır, belə hərəkətlər həbsxana cəzası olmadan qalmamalıdır və qala bilməz.

Cənab Burkin vəkili Həddon deyib ki, o, hökmdən appelyasiya şikayəti verəcək. Vəkil bildirib ki, o, cəza olaraq sınaq müddətinin verilməsini gözləyirdi.

Vəkilin sözlərinə görə appelyasiya ərizəsinin təmin olunacağına o qədər böyük gözlənti var ki, cənab Burku hətta appelyasiya müddətində zaminə buraxıblar.

Manhattan prokurorluğunun iddiasına görə Frederik Burk 1990-cu illərdə Azərbaycan Dövlət Neft şirkətindən pay almaq məqsədilə Azərbaycan rəsmilərinə rüşvət verilməsi üçün Oily Rok şirkətinin sahibi Viktor Kojeninin qurduğu plandan xəbərdar olub.

Bir neçə federal cinayətlərdə, habelə dövlət mülkiyyətinin oğurlanmasında ittiham olunan Kojeni hazırda Baham adalarındadır və indiyədək ABŞ-ın ekstradisiya barədə tələblərini bacarıqla dəf edə bilib.

Amerika prezidenti Barak Obamanın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel bu işlə əlaqədar bir ay davam edən dinləmələrdə verdiyi ifadədə bildirib ki, o, Kojeninin "layihəsi"nə öz dostu Burk vasitəsilə 200 min dollar yatırıb.

Hökumət şahidlərinin dediyinə görə Kojeni bu işdə Mitçelin iştirakını plana legitimlik vermək məqsədilə istəyib.

Röyter agentliyi xəbər verir ki, Amerika prokurorları Burku, Azərbaycanda yüksək vəzifəli rəsmiləri milyonlarla dollar rüşvətin verildiyini bildiyi halda Kojeni ilə birlikdə 8 milyon dolllar investisiya yatırmaqda ittiham edirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik