|
Dünya bloggerlər barədə bu hökmü siyasi sifariş sayır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Harasti gənc fəallar Adnan Hacızadə və Emin Millinin azadlıqdan məhrum
edilməsini qətiyyətlə pisləyib.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunda o, yazır ki, bu hökmlər Azərbaycanın ATƏT məkanında jurnalistlərin ən böyük zindanı kimi imicini daha da möhkəmləndirəcək. Cənab Harasti bildirib ki, hazırda Azərbaycanda həbsdə olan 5 jurnalistin əksəriyyətinə qarşı itthamlar açıq-aşkar qurama olub. Məktubda deyilir ki, prezident və daxil işlər naziri də daxil olmaqla Azərbaycan hakimiyyətini tənqid etmiş jurnalistlər və gənc bloggerlər barəsində çıxarılmış hökmlərin qəddarlığı onların siyasi motivli olduğunu aydınca üzə çıxarır. Cənab Harasti ümid etdiyini bildirir ki, appelyasiya məhkəməsi bu hökmləri ləğv edəcək və Emin Milli ilə Adnan Hacızadə tezliklə azadlığa buraxılacaqlar". "Yalnız bu, Azərbaycanın ATƏT-in media azadlıqları üzrə öhdəliklərinə hələ də sadiq qaldığını nümayiş etdirə bilər", - yazır Mikloş Harasti. Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser də gənc fəallar Adnan Hacızadə və Emin Millinin məhkum olunmasını pisləyən bəyanat verib. Bəyanat Almaniya Bundestaqının sosial demokrat fraksiyasının mövqeyini ifadə edir. Bəyanatda Emin Milli və Adnan Hacızadənin xuliqanlıqda ittiham edilərək azadlıqdan məhrum edilməsinə etiraz bildirilir: "Onlar barədə verilən hökm rejimdən narazı olan digər insanlara xəbərdarlıq kimi qiymətləndirilir. Məhkəmə prosesi tamamilə uydurma, ittiham tərəfinin şahidlərinin ifadələri isə utandırıcı və ziddiyyətli olub". Alman sosial demokratları gənclərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Amerika Birləşmiş Ştatları onlar barədə məhkəmə qərarından təəssüfləndiyini bildirib. Deyilir ki, istintaqın qeyri-şəffaflığı, qapalı məhkəmə dinləmələri, aşırı cəzalar, əsil basqınçıların həbs edilib cəzalandırlmaması, - bütün bunlar Azərbaycanda polis və ədliyyə sisteminin müstəqilliyi, habelə ifadə azadlığının vəziyyəti barədə narahatlıq yaradır. “Biz ümid edirik ki, - deyilir bəyanatda, - son dörd ayın hadisələri Azərbaycanda söz azadlığının bundan sonra da aşınmasının meyl olduğunu göstərmir və bu işlə bağlı appelyasiya prosesi ədalətli, vaxtında və şəffaf olacaq”. “Biz həmçinin ümid edirik ki, bu hadisə Azərbaycanın vətəndaş cəmiyyətini Azərbaycan xalqının layiq olduğu demokratik islahatlar uğrunda mübariozədən çəkindirməyəcək”.
Birləşmiş Ştatların bu bəyanatı da ənənəvi ifadə ilə bitir: “Biz Azərbaycanda ifadə və sərbəst toplaşma azadlığı da daxil olmaqla, demokratik islahatların həyata keçirilməsi üçün hökumət və Azərbaycan xalqı ilə birgə səy göstərməyə sədaqətimizi bird aha təsdiq edirik”. Çıxarılmış hökmlə bağlı Avropa İttifaqının da xüsusi bəyanatı gözlənilir. İttifaqın İsveç prezidentliyinin nümayəndəsi Yan Nayberq BBC Azərbaycan xidmətinə bunları bildirib: "Biz indi baş verənləri izləyirik və İttifaqın yerlərdəki nümayəndələri ilə daimi əlaqədəyik. Bu məsələ həmçinin Avropa İttifaqı səfriləri səviyyəsində müzakirə olunacaq. Bu müşavirənin nəticələrindən asılı olaraq və faktlar əsasında bəyanat hazırlayırıq". Bu arada AŞPA-da Britaniyadan olan nümayəndə, leyborist Paul Flynn (Pol Flin) BBC Azərbaycan xidmətinə bunları bildirib: "Bu mənə şokyaradıcı və ədalətsiz hökm kimi görünür, - deyib cənab Flin, - Bu iki gənc Avropada bir çox gəclərin etdiyini ediblər. Onlar öz fikirlərini bloqlarla ifadə ediblər. Azərbaycanda həqiqəti danışanlarla rəftarı göstərən bu hadisə bütün Avropa qitəsində müzakirə olunacaq”.
Cənab Flin deyib ki, bloggerlərin həbsxanaya salınması metodundan Azərbaycanda əvvəllər də istifadə olunub. Azad fikirli adamlar üçün dava-dalaş vəziyyəti yaradılıb və sonradan onlar bu üsulla mühakimə ediliblər. “Məncə bu məhkəmə iclasından sonra vəkilin dediyi sözlər ibratamizdir., deyib millət vəkili, - vəkil deyib ki, biz bu gün burada ağılla zorun mübarizəsinin şahidi olduq. Zənnimcə, bu belədir ki, var və bu hadisə vicdanın hökumətin qaba zoru ilə boğulmasından başqa bir şey deyil". Heç şübhəsiz ki, Azərbaycan hökuməti bunu ədliyyənin qərarı kimi qələmə verəcək və deyəcək ki, məhkəmələr müstəqil qərar çıxarırlar,
sualına Pol Flin cavab olaraq deyib ki, “əlbəttə, hökumətin ədliyyə qərarlarının dəyişdirilməsi imkanlarına malik olmadığı
barədə bəyanatlara inanmaq olardı, lakin təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti ədliyyə qərarlarının dəyişdirilməsi üçün
çox güclü imkanlara malikdir. Və məhz elə buna görə də son məhkəmə qərarı hökumətin öz tənqidçilərini təqib etməsi kimi qəbul
olunacaq”. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||