BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 Noyabr, 2009 - Published 10:26 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bloqqerlərin məhkəməsi başa çatdı
 
Bloqqerlər Emin Milli və Adnan Hacızadə
Emin Milli ilə Adnan Hacızadənin işi ilə bağlı məhkəmə prosesi iki ay idi ki, davam edirdi.

Hakim Araz Hüseynov hər iki gənci təqsirli sayaraq Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni isə 2 il müddətinə azadlıqdan məhrum etdi.

Onlar iyulun 8-də Bakının Lebanez restoranında Babək Hüseynov və Vüsal Məmmədov adlı idmançıları döyməkdə və onların bədəninə xəsarət yetirməkdə ittiham olunurdular.

Məhkəmədə zərərçəkən qismində çıxış edən Vüsal Məmmədov bloqqerlərlə barışmadığını və onların cəzalanmasına görə təəssüfləndiyini bildirdi. Vüsal Məmmədov dedi ki, dövlət bloqqerlərə lazımi cəza verib.

Öz növbəsində Emin Milli öz ideyasına görə cəzalandırıldığını və buna görə şərəf hissi keçirdiyini söylədi..

Adnan Hacızadə isə ölkədə gənclərin resurslarından belə istifadəyə görə, təəssüfləndiyini bildirdi. O dedi ki, məcburi köçkün olan Vüsal Məmmədov və Babək Hüseynov burada onlara şər atmaqdansa Azərbaycanın bayraqlarını olimpiadalarda qaldıra, prokuror Ceyhun Kazımov əsil cinayətkarları həbs edə , o və Emin Milli isə öz beyin potensiallarından xalqları üçün istifadə edə bilərdi.

Bloqerlərin vəkili Elton Quliyev məhkəmənin qərarını siyasi sifariş adlandırdı və ondan apellyasiya şikayəti edəcəyini dedi.

Məhkəmənin işində iştirak edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson bu qərardan təəssüfləndiyini söylədi:

"Dövlət departamenti bu işlə bağlı yəqin ki, yaxın zamanlarda bəyanat verəcək. Emin Milli və Adnan Hacızadənin işini biz yaxından izləyirdik. Azad söz uğrunda mübarizə aparan Emin Milli və Adnan Hacızadənin həbsi bizdə təəssüf doğurur".

Bloggerlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Erkin Qədirli məhkəmənin qərarını "biabırçılıq" adlandırdı və dedi ki, bu iş Avropa Məhkəməsinə qədər çatdırılacaq.

Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə , bu qərarla hakimiyyət Azərbaycanda iqtidar siyasəti ilə razılaşmayan gəncləri sındırmaq istəyib.

Amma bu gün məhkəmənin qarşısına yığışan gənclər məhkəmənin qərarını siyasi sifariş adlandıraraq bu qərardan sınmayacaqlarını bildirdilər.

Məhkəmə qərarına görə, Emin Milli və Adnan Hacızadə öz cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik