|
Türkiyə parlamenti kürd problemini müzakirə edir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Türkiyə parlamentində hökümətin kürd probleminin həlli məqsədilə irəli sürdüyü təşəbbüslə bağlı ilkin müzakirələr başlayıb.
Müxalifət hökümətin təşəbbüsünün ölkənin bölünməsi təhlükəsi ilə nəticələnə biləcəyindən ehtiyatlanaraq, bu təklifə sərt reaksiya verir. Müxalifətdəki partiyaları təmsil edən millət vəkilləri, eyni zamanda, məsələnin bu gün – Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümünün qeyd edildiyi gün müzakirəyə çıxarılmasına qarşı çıxır. Hökümtin kürd məsələsinin həlli ilə bağlı 3 ay əvvəl irəli sürdüyü təşəbbüs Türkiyədə birmənalı qarşılanmır. Əvvəlcə Kürd təşəbbüsü, sonra demokratik təşəbbüs, ən son isə “Milli Bilrik Layihəsi” adı verilən təkliflər paketinin nəyi nəzərdə tuttuğu hələlik məlum deyil. Mətbuata sızan məlumatlara əsasən, söhbət kürd dilinin tədrisi, kürdlərə bəzi başqa hüquqların tanınmasından gedir. Hökümətin məsələni müxalifət liderləri ilə müzakirə etmək təşəbbüsləri baş tutmamışdı. 3 həftə əvvəl isə PKK-çıların silahı yerə qoyub Türkiyəyə dönüşünün başlanğıcı kimi aralarında PKK-lıların da olduğu 34 nəfərin sülh qrupu adı ilə İraqın Şimalından Türkiyəyə daxil olması ölkədə böyük narazılıqla qarşılanmışdı. İndi bütün diqqət parlamentdəki müzakirələ çevrilib. Bu günkü ilkin müzakirələr hökümətin təşəbbüsünün parlamentin gündəliyinə çıxarılıb çıxarılmaması ilə bağlıdır. Parlament hökümətin təklifini qəbul edərsə, Kürd probleminin həlli üçün genişlmiqyaslı müzakirələr 2 sonra başlayacaq. Müxalifətdəki Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat partiyalarını təmsil edən millət vəkilləri qeyd edirlər ki, Atatürkün vəfatının ildönümündə bu qədər mübahisəli məsələnin müzakirəsi düzgün deyil. Analitiklərin fikrincə, müxalifət qarşı çıxsa da, hakim Ədalət və İnkişaf Partiyası, əsasən Kürd mənşəli vətəndaşlar tərəfindən
dəstəklənən Demokratik Cəəmiyət Partiyasının da dəstəyi ilə məsələnin gündəliyə daxil edilməsinə nail ola bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||