BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 10 Noyabr, 2009 - Published 15:57 GMT
 
Dostunuza göndərin   Çap versiyası
2010-cu ilin büdcəsi tənqid olunur
 
Milli Məclis
Azərbaycan parlamenti noyabrın 10-da 2010-cu ilin əsas iqtisadi qanunu olan gələn il üçün dövlət büdcəsinin müzakirəsinə başlayıb.

Həmin qanun layihəsinə görə, gələn il Azərbaycan büdcəsi kəsirli olacaq. Belə ki büdcənin xərcləri gəlirləri düz 1 milyard manat üstələyəcək.

Hökumət nümayəndələri bu büdcəni proqsressiv adlandırsa da, millət vəkilləri onu ciddi tənqidə tutublar.

Parlamentin iclasının müçahidə etmiş müxbirimiz Nailə Bağırova Bakıdan xəbər verir ki, neft gəlirləri ölkəyə axmağa başlayandan Azərbaycanın dövlət büdcəsində kəsirli olması halına rast gəlinməyib.

2010-cu ilin dövlət büdcəsi haqqında qanuna görə isə , gələn ilini dövlət büdcəsi kəsirli olacaq. Yəni gəlirlərin 10 milyard manat təşkil elədiyi bir zamanda , xərclər 11 milyard olacaq ki, bu da gələn ilin büdəsində 1 milyard manat kəsirin olması deməkdir.

Azərbaycan maliyyə naziri Samir Şərifovun dediyinə görə, büdcənin kəsirli olmasına səbəb neftin qiymətinin 1 barrel üçün 45 dollar nəzərdə tutulması olub.

Maliyyə naziri həmçinin bildirib ki, neftin qiymətinin büdcədə az götürülməsi bütövlükdə büdcənin xərclər hissəsinin azaldılmasına da səbəb olub.

Samir Şərifov həmçinin deyib ki, 2010-cu ildə büdcəyə vergilərdən 3 milyard manatın daxil olacağı gözlənilir. Dövlət Neft Fondundan transferlər isə 5 milyard manata yaxın olacaq. Xərclərə gəlincə isə nazir deyib ki, ən çox pul dövlət investisiya proqramlarına ayrılıb.

Amma elm, təhsil, səhiyyəyə ayrılan vəsit isə bir o qədər dəyişməyib. Büdcə layihəsinə qiymət verən millət vəkillərini də məhz bu məqam narahat edir.

Məsələn millət vəkili Gülər Əhmədova deyir ki, yolların çəkilişlərinə sərf edilən vəsait azaldılmalı və yaxud qənaətlə xərcləməli, əvəzində elmin inkişafına daha çox pul ayrılmalıdır.

Millət vəkili Elmira Axundova isə bildirib ki, infrastruktir layihələrinin maliyyələdirilməsi təqdir olunmalıdır. Amma bu layihələrlə yanaşı tikilən obyektləri gələcəkdə istismar edəcək insane resurslarının inkişafına da diqqət yetirilməlidir.

İqtisadçı millət vəkili Nazim Məmmədov diqqəti 3 məqama çəkib: onlardan biri neftin qiymətinin büdcədə ucuz göstərilməsidir. Onun fikrincə, neftin qiyməti 1 barrel üçün 45 dollar yox 60 dollar göstəilməli idi.

Millət vəkili həmçinin inflyasiyanın 3 faiz göstərilməsi ilə razılaşmır. Onun fikrincə, iqtisadi artım 6,8 faiz proqnozlaşdırılırsa, inflyasiya da 3 faizdən mütləq artıq olmalıdıır. Nazim Məmmədovun bəyənmədiyi məqamlardan biri də bir çox dövlət təşkilatlarına büdcədən subsidiyaların ayrılması oldu.

Milli Məclis “2010-cu il üçün dövlət büdcəsi” haqqında qanun layihəsini 4 gün ərzində müzakirə edəcək. Qanunun bu həftənin sonu qəbul ediləcəyi gözlənilir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik