BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 Noyabr, 2009 - Published 14:03 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Qənimət Zahidin iddiası rədd edilib
 
Qənimet Zahid
Bakıdakı Appelyasiya Məhkəməsi "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin iddiasını rədd edib.

Qənimət Zahid vaxtından əvvəl azadlığa buraxılmasını istəyirdi. Buna baxmayaraq Zahidin müdafiəçiləri yeni məhkəmə iddialarına hazırlaşırlar.

Hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən qısa dinləmədə iddia Zahidin həbsinə səbəb olmuş Sevgiladə Quliyevanın tutulması ilə əsaslandırılıb. Məhz bu xanımın ifadələri ucbatından Qənimət Zahid xuliqanlıqda ittiham olunaraq 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edildi.

Bir qədər əvvəl isə xanım Quliyevanın bir cinayətlə bağlı tutulduğu və onun artıq bir müddət idi ki, axtarışda olduğu bəlli oldu. Lakin məhkəmə bu amili nəzərə almadı və Qənimət Zahid barədə əvvəlki məhkəmə instansiyasının qərarını qüvvədə saxladı.

Buna rəğmən Qənimət Zahidin müdafiəçiləri yaxın zamanlarda jurnalist işinin Ali Məhkəmədə, daha sonra isə İnsan Haqları üzrə Avropa Məhkəməsində qaldırılacağını bəyan ediblər.

Maraqlıdır ki, noyabrın 10-u Qənimət Zahidin həbsinin düz iki ili tamam olur. O vaxtdan bəri keçmiş 2 il ərzində "Azadlığın" baş redaktorunun işi hökümətin mətbuat azadlığını pozması haqda yerli və beynəlxalq tənqidin əsas leytmotivlərindən birinə çevrilib.

Bir çox qurum və təşkilat Zahidin həbsini pisləyərək onun tezliklə azadlğa buraxılmasını tələb edir. Elə bir müddət öncə Qənimət Zahid Avropadakı bir sıra fondlar tərəfindən " Şərqi Avropanın azad mətbuatı" mükafatına layiq görülmüşdü.

Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva isə göstərilən mənəvi dəstəyə görə təşəkkür edir. Xanım Mürsəliyeva həyat yoldaşının həbsinin sırf peşə fəaliyyəti ilə bağlı olduğuna da əmindir. "Məhz rüşvət və korrupsiyayla bağlı yazılarına görə onu şərləyib həbs etdilər".

Öz növbəsində MM üzvü Fəzail Ağamalı deyir ki hər bir jurnalistin, o cümlədən Zahidin, həbsə düşməsinə təəssüflənir. "Amma yazıları ilə insanları təhqir etmək və onlara böhtan atmaq olmaz"

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik