BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 Noyabr, 2009 - Published 14:15 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycanda donuz qripi ilə bağlı son vəziyyət necədir?
 
maskalı işçilər
Azərbaycanda donuz qripi virusuna yoluxmuş 13 xəstə var
Hazırda Bakının apteklərində bir həftə bundan qabaq 10 qəpiyə satılan tibb maskaları 30-40 qəpik, bəzi yerlərdə isə 1 manata satılır. Bir çox apteklərdə isə bu maskaların artıq olmadığı bildirilir.

Buna da səbəb ölkədə donuz qripinə yoluxma hallarının artması üzündən əhalinin maskalara maraq göstərməsidir.

Ölkənin dövlət müəssisələrinin dərmanlarla təchizatına cavabdeh olan və özəl apteklərə nəzarəti həyata keçirən Səhiyyə Nazirliyinin İnovativ texnologiyala mərkəzinin rəhbəri Əbülfəz Abdullazadənin dediyinə görə, hazırda bütün dövlət müəssisələri maskalarla təchiz edilib və özəl apteklərdə yoxlamalara başlanılıbdır.

Əbülfəz Abdullazadə təkcə tibb maskaları deyil, elə qripə qarşı nəzərdə tutulan dərman preparatlarına da qıtlığın yarandığını və yaxın zamanlarda aradan qaldırılacağını dedi.

Azərbaycan Səhiyyə Nazirliyinin digər rəsmisi Səhiyyə Nazirlyinin sanitar-epidemioloji sektorunun müdiri Viktor Qasımovun dediyinə görə, hazırda Azərbaycanda donuz qripi virusuna yoluxmuş 13 xəstə var.

Onlardan 8 barədə məlumat isə bu gün açıqlanıb. Onlar Ukrayna, Türkiyə və Böyük Britaniyadan gələnlərdir.

Xəstələrin vəziyyətinə gəlincə isə Viktor Qasımov buna "kafi" qiymət verdi.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji sektorunun müdiri həmçinin dedi ki, əgər xarici ölkələrdə maskaları ancaq xəstələr taxırsa, azərbaycanlı mütəxəssislər bunu hər kəsə tövsiyyə edir. Çünki maskalar adamların qripə yoluxma riskini azaldır.

Səhiyyə Nazirliyi Taun adına stansiyanın müdiri Şair Qurbanov isə bildirdi ki, yaxın zamanlarda Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə donuz qripinə qarşı peyvəndlər Azərbaycana gətiriləcək və peyvəndləmə kampaniyası keçiriləcəkdir.

Şair Qurbanov ilk növbədə peyvəndin risk altında olan şəxslərə vurulacağını bildirdi. Bunlar da həkimlər, polis , sərhədçi və digər şəxslərdir.

Taun adına stansiyanın rəhbəri həmçinin dedi ki, əvvəlki vaxtlardan fərqli olaraq indi donuq qripi virusunu təyin etmək üçün xəstələrin qan nümunələri xarici ölkələrə göndərilmir, Bakıda quraşdırılan referens laboratoriyada yoxlanılır. Bu da donuz qripi faktını vaxtında təyin etməyə imkan verir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik