BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 Noyabr, 2009 - Published 12:44 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Berlin divarının sökülməsinin 20 illiyi qeyd olunur
 
Berlin divarının sökülməsi bütün dünyanı məəttəl qoymuşdu
Bu gün Berlin Divarının sökülməsinin 20 illiyi ilə bağlı mərasimlər keçirilir.

Dünya liderləri on minlərlə turistə qoşularaq Berlin şəhərinin küçələri ilə keçib.

Şərqi Almaniyada böyümüş ilk ölkə kansleri olan Angela Merkel tarixi Brandenburq qapısında çıxış edərək deyib ki, Almaniyanın birləşməsi prosesi hələ natamamdır, belə ki, Şərqi Almaniya iqtisadi inkişafdan hələ də geri qalır.

O sabiq sovet lideri Mixail Qorbaçov və sabiq Polşa prezidenti Lex Valesa ilə ilk açılan nəzarət məntəqəsindən keçərək rəmzi yürüş həyata keçiricək.

Beləliklə, Berlin Divarının sökülməsindən 20 il keçir.

1989-cu il noyabrın 9-dakı dramatik hadisələr bir il sonra Almaniya Demokratik Respublikasının dağılmasına və Almaniyanın birləşməsinə gətirdi.

Ola bilsin ki, kommunist QDR artıq yoxdur, amma BBC-nin Berlindəki müxbiri Steve Rosenbergin bu reportajından bəlli olur ki, o heç də tamamilə yoxa çıxmayıb.

"O balacadır. O səs-küylüdür və sevilərək "kiçik bir qoxulu" kimi tanınıb. Keçmiş zaman kəsiyində Şərqi Almaniyaya səfər etmək üçün ADR əhalisinin qazı acgözlüklə udan, iki silindrli Trabi maşınından daha yaxşı nə ola bilər. Beləliklə yola düşək!

Deməliyəm ki, Berlin ərafında səfər etmək üçün daha rahat vasitələr var, amma mən iyirmi il bundan əvvəl xəritədən silinən, o həmin Almaniyadan nə qaldığını hiss etmək üçün şəhərin Trabant turu vasitəsilə səyahət edirəm. Bəlkə də o heç silinməyib?

Biz maşını keçmiş divar boyunca sürürük. Burada bu divarın yalnız üç qalığı var.

Traband maşını

Bir zamanlar Şərqi Berlin adlanan ərazidə dolaşdıqca, Berlin divarının qalıqları, Karl Marks büstü, socialist mozaikası kimi keçmişin izləri ilə üzləşirik. Mənim başımda bu təsvirlər Trabi maşınlarının mühərrikinin yandırdığı yağ və yanacağın güclü qoxusu ilə qarışıb. Burdan demək olar ki, həm ADR-in qoxusu gəlir, həm də Trabi maşınları çaydaşları döşənmiş yollarda hərəkət etdikcə onu hiss edə bilərsən. Əlbəttə ki, bu yalnız bir illuziyadır. Komminizm sona çatıb, indi kapitalizm taxt-taca gəlib. İndi Berlinin həm Qərbi, həm Şərqi küçələrini nəhəng dükanlar, Mersedes maşınlarını nümayiş etdirən salonlar, Qərbi Alman supermarketləri idarə edir və hətta bütün bu bolluq içərisində belə ADR-i tanımaq olur.

İndi mən trabini bayırda qoyub və Berlin üçün tipik sayılan supermarketə daxil oluram. Bu dükan bir vaxtlar Berlin Divarının arxasında olan məhsullarla doludur. Mən bu məhsullardan bəzisini öz zənbilimə qoyuram. Bu populyar Little Red Riding Hood adlanan FRQ şampan şərabıdır, bunlar isə kommunizmin versiyası olan Koka Kola və sosializmin xardalıdır. Burada hətta Şərqi Almaniya yuyucu tozu belə var.

Bunlar isə Turingenin Emili Dumplinqs adlanan makaronlarıdır.

Nils Buş-Petersen Berlin Pərakəndəsatış Assosiasiyasının rəhbəridir. Onun zənnincə, keçmiş şəqrdə köhnə ADR-in dadını hələ də arzulayanlar var:

"İnsanlar, əlbəttə ki, həyatlarının ən yaxşı hissəsini xatırlamaq istəyirlər. Çünki onlar 1989-cu ildən əvvəl yaşayıblar və onların həyatı yalnız qandallarda keçməyib, buna görə də onlarda biq qədər nostalgiya hissi var."

Yaxınlıqdakı mehmanxanada televiziya ekranında kommunist diktatoru Erix Honeker mərasimdə qonaqları salamlayır. Bu nostalgiya doğuran daha bir, Şərqi Almaniya üslubunda olan Ostel hotelidir. Burada yataqlardan tutmuş, əlüzyuyanlar və divar kağızlarınadək hər bir şey ADR malıdır. Bu hoteldə qalanlar arasında Qərbi-Şərqi Almaniyadan olan Marqaret də var. O, ADR-lə əlaqəsi olan çox şeylərin həsrətini çəkdiyini deyir.

Marqaret deyir ki, mən o vaxtlar narahat deyildim, nə də bizim uşaqlarımız gələcəkləri barədə narahat olmalı deyildilər. O zaman hər kəsin işi var idi.

Mənim tur bələdçim Ayxe deyir ki, ADR-ə qayıtmaq istəməzdi. Baxmayaraq ki, Şəqri Almaniya 40 il mövcud olub, az saylı Şəqri Almanlar Berlin Divarının yenidən tikilməsinin, Trabi maşınlarına qayltmağın tərəfdarıdırlar. Və Şəqri Almaniyanın tarixə çevrilməsi üçün Berlin Divarının uçulmasından iyirmi ildən daha çox vaxtın keçməsi lazım gələcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik