|
Sudan prezidenti İKT-nin İstanbul görüşünə gəlməyəcək
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstanbulda İslam Konfransı Təşkilatının İqrtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 25-ci toplantısı keçirilir.
Ekspertlər və nazirlər səviyyəsində tədbirlər artıq bir neçə gündür davam edir. Noyabrın 9-da dövlət başçılarının iştirakı ilə zirvə toplantısı keçiriləcək. Ancaq bu dəfəki toplantı müzakirə ediləcək məsələlərdən daha çox bəzi iştirakçılarla bağlı mübahisələrlə müşaiyət edilir. Belə ki, Darfurda soyqırım törətməkdə ittiham edilən Sudan dövlət başçısı Ömər Əl Bəşirin haqqında beynəlxalq cinayətlə məhkəməsi tərəfindən həbs qərarı var. Əl Bəşirin tədbirdə iştirakı nəzərdə tutulsa da o, son anda səfərini ləğv edib. . Bundan əvvəl Vaşinton və Avropa İttifaqı Əl-Bəşirin mümkün səfərinə mənfi münasibət bildirmişdi. Türkiyə prezidenti Abdulla Gül isə Avropa Birliyini ölkəsinin daxili işlərinə müdaxilədə günahlandıraraq, Əl-Bəşirin İKT-nin tədbiri üçün gəldiyini qeyd etmişdi. Bəzi xəbərlərə görə Ankaraın Sudan prezidentinə “gəlmə” deməyib, ancaq səfərin müəyyən çətinliklər yaradacağını qeyri-rəsmi şəkildə bildirib. Bu arada, Erdoğan bu gün yerli televiziya kanalındakı bir proqramda Darfurdakı hadisələrin soyqırım olmadığını bildirdi. Müşahidəçilər Erdoğanın Qərblə daban-dabana zidd bu mövqeyinin qarşıdakı günlərdə siyasi və diplomatik dairələrdə çox müzakirə ediləcəyini bildirirlər. Əl Bəşirdən fərqli olaraq Əhmədinejad artıq İstanbula gəlib. O bazar günü axşam baş nazir Erdoğanla və prezident bdulla Güllə görüşüb. Əhmədinejadın səfərinə burada ciddi önəm verilir. Bəzi analitiklərə görə, danışıqlar 2 həftə əvvəl Ərdoğanın Tehranda başlatdığı İran-Türkiyə dialoqunun davamıdır. İKT-nin bugünkü sammitində Azərbaycanı Türkiyə-Azərbaycan qadınları birliyinin sədri Tənzilə Rüstəmxanlı təmsil edir. Tükiyənin bəzi müşahidəçiləri Azərbaycanın liderlər sammitində kifayət qədər yüksək səviyyədə təmsil olunmamasını Bakı və Ankara arasında incikliyin hələ də tam aradan qalxmaması ilə izah edirlər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||