|
"Hal-hazırda Əl-Qaeda Əfqanıstanda fəaliyyət göstərmir"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Britaniya Silahlı Qüvvələrinin rəhbəri cənab Cok Störap BBC-yə deyib ki, hal-hazırda Əl-Qaidə Əfqanıstanda fəaliyyət göstərmir.
Onun bu şərhi Britaniyada Anım Gününün keçirilməsi və Britaniya qoşunlarının Əfqanıstandakı mövcudiyyətilə bağlı debatların kəskinləşdiyi bir zamana təsadüf edir. BBC tərəfindən həyata keçirilən rəy sorğusu Britaniya ictimaiyyəti arasında Əfqanıstan kampaniyasına dəstəyin azaldığını aşkar edib. Lakin cənab Störap deyib ki, Əl-Qaidənin tamamilə məğlub edildiyini söyləmək hələ çox tezdir. "Bu doğrudur ki, Əl-Qaidə hal-hazırda Əfqanıstanda fəaliyyət göstərmir? – deyib komandan, - O da həqiqətdir ki, bu son bir neçə ildə Əl-Qaidənin mərkəzi əhəmiyyətli dərəcədə zərər çəkib. İndi, mən demirəm ki, onlar geriyə qayıda bilməzlər və onlar tamamilə məğlub ediliblər. Amma mən deyirəm ki, onlara son bir neçə ildə əziyyət çəkdirən təzyiq davam edərsə, o zaman onların məğlubedilmə şansları daha da artar." Cənab Störap onu da qeyd edib ki, Britaniyanın Əfqanıstandakı döyüşlərdə ıştirakı Əl-Qaidə əleyhinə aparılan geniş mübarizəyə öz töhvəsini verib. "Onların belə bir təzyiqə məruz qalmalarının səbəblərindən biri onların əlçatmaz və çətin də olsa daha kiçik bir əraziyə,
Pakistandakı nisbətən kiçik bir yerə sıxışdırılmasıdır, - deyib general, - Bu da insanlara onlara qarşı mübarizədə resurs
və diqqətlərini cəmləşdirməyə imkan verdi. Əgər onlar belə bir balaca əraziyə sığınmağa məcbur edilməsəydilər, bizim Əl-Qaidəyə
qarşı döyüşdə nail olduqlarımız daha da çətin və ya ümumiyyətlə qeyri-mümkün olardı. Və biz bunun məsələnin əsası olduğunu
yaddan çıxarmamalıyıq. Buna görə də, bizim Əfqanıstanda etdiklərimizin Əl-Qaidə əleyhinə mübarizə ilə əlaqəsi olmadığını
iddia edən arqumentlər mənim fikrimcə səhvdir." |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||