BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
G20 maliyyə əməliyyatlarını rüsumlamaq istəyir
 
Qordon Braun
Qordon Braun
Britaniyanın Baş Naziri Gordon Braun maliyyə sektorunun cəmiyyət qarşısında məsuliyyətini əks etdirən daha mükəmməl iqtisadi və sosial razılaşmaya çağırıb.

Gordon Braun bu çağırışla G20 ölkələrinin maliyyə nazirlərinin toplantısında çıxış edib.

Tədbir Şotlandiyanın St. Andrews şəhərində keçirilir.

C-b Braun, sosial kontraktların necə işləyəcəyi qaydalarına dair bir sıra təkliflər irəli sürüb.

Bunların arasında ən çox diqqəti çəkən maliyyə əməliyyatlarına rüsum yüklənməsidir.

Bu cür tipli vergilər "tobin rüsumu" kimi tanınır - ilk dəfə bu tədbiri təklif etmiş Nöbel mükafına layiq görülmüş iqtisadçının adıyla.

Bu tədbiri dəstəkləyənlər deyir ki, həmin rüsum inkişaf edən ölkələrə əlavə vəsait toplamağa imkan verir.

G20 forumu artıq BVF-na müvafiq xayişlə müraciət edərək, bu cür rüsumun yeridilməsinin mümkünlüyünü götür-qoy etməyi xaiş edib.

Yəni maliyyə böhranından yaranmış problemlərin müəyyən yükü bu üsul ilə bank sisteminin üzərinə keçirilə bilər.

C-b Braun sözü gedən tədbiri mümkün variantlardan biri adlandırıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik