BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya prezidenti İrana qarşı sanksiyaların negativliyindən danışıb
 
Dmitriy Medvedev
Dmitriy Medvedev
Almaniyanın Şpigel jurnalına müsahibəsində Rusiya prezidenti Dmitriy Medvedev deyib ki, o İrana qarşı sanksiyaların tətbiq edilməsini istəmir.

Onun təbirincə sanksiyalar hadisələrin neqativ istiqamətdə inkişaf etməsinə səbəb ola bilər.

O eləcədə deyib ki, İran az konstruktivlik nümayiş etdirsə, hər şey mümkündür.

Ötən ay, Rusiyanın Baş Naziri Vladimir Putin İrana qarşı sanksiyaların kontr-produktiv ola biləcəyini bildirmişdir.

Hazırda İranın nüvə proqramıyla bağlı danışıqların gündəliyində Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifinə Tehranın münasibəri durur.

İran ilə BMT "çətiri" altında danışıqlar aparan 6 fövqəldövlət tehrandan İran uranının əksəriyyətinin xaricdə emal olunmasını istəyir.

Rəsmi Tehran İran uranının 1 dəfəyə xaricə göndərilməsinin əleyhinədir.

İran bu əməliyyatın mərhələlər ilə görülməsinin, yaxudda çıxarılan uranın əvəzində emal olunmuş reaktor yanacağının verilməsini istəyir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik