|
İsveçrə məscidlərində "açıq qapı" günləri
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsveçrədə müsəlman liderlər bildirblər ki, onlar məscidlərin qapılarını qeyri-müsəlman olan insanlar üçün açacaqlar.
Bununla da, qeyri-müsəlmanlar camaata islam mərkəzlərinin necə olduğunu öz gözlərilə görmək imkanı vermiş olacaqlar. Noyabrən 29-da İsveçrədə minarələrin tikintisinin qadağan olunub olunmamasına dair səsvermə keçiriləcək. Səsverməni təşkil edən qrup hesab edir ki, minarələr müsəlmanların dini və ya siyasi hökmranlığa iddialarını əks etdirir. Ancaq İsveçrənin müsəlman təşkilatları bununla razılaşmır. Onlar deyirlər ki, minarələr sadəcə müsəlmanların ibadət yerlərinin simvoludur. Ötən ay İsveçrənin anti-irqçi kampaniyaçıları minarələr əleyhinə İsveçrə sağçı partiyasının tərtib etdiyi plakatı pisləyib. Plakatda İsveçrə bayrağının üzərində dayanan raket şəkilli minarələr və onların önündə çadralı qadın təsvir olunmuşdu. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||