Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 Noyabr, 2009 - Published 11:16 GMT
 
Dostunuza göndərin   Çap versiyası
ABŞ mayoru sağdır və nəzarət altındadır
 
Texas, Fort Hud bazası
Nidal Məlik Həsən
Amerika ordusunun mayoru Nidal Məlik Həsən Texasdakı hərbi bazada nəzarət altındadır. Amerika rəsmiləri onun Fort Hud bazasında cümə axşamı atəşlə 13 adamı öldürən şəxs olduğunu bildiriblər.

39 yaşlı mayoru bu hərəkəti törətməyə nəyin vadar etdiyi qaranlıq qalır. Lakin bəziləri deyirlər ki, Amerikada doğulmuş müsəlman hərbçi İraq və ya Əfqanıstana göndəriləcəyindən məyus idi.

Onun yaşadığı mənzildə axtarış aparılır.

Baza komandiri, generel-leytenant Bob Koun deyib ki, öldürülənlərdən biri polis nəfəri, qalanları isə əsgərlər olub. Daha 30 adam yaralanıb.

Prezident Barak Obama bunu "dəhşətli zorakılıq aktı" adlandırıb.

Atəş cümə axşamı günorta Fort Huddakı heyət və tibb mərkəzində açılıb.

Nidal Məlik Həsən Virciniya ştatında böyüyüb başa çatıb. Orduda psixiatr kimi çalışaraq, döyüş zonalarından qayıdan əsgərlərə psixoloji yardım göstərib.

 Müsəlman həmkarlarım bunu çox pis qarşılayıblar, çünki hadisə onlar barədə pis rəy yaradır. Onlara etimad azalır, hamı baxıb düşünür ki, "birdən bu da belə bir hərəkət edər
 
ABŞ əsgəri

Tanışları onu mömin müsəlman kimi təsvir edərək, xaricə hərbi xidmətə göndərilmək istəmədiyini bildirirlər.

Əvvəlcə şahidlər iki tapança və bir avtomatla silahlanmış şəxsin öldürüldüyünü demişdilər. Lakin sonradan rəsmilər onun həbs edildiyini xəbər verdilər.

Mayor Həsənin səhhətinin, bir neçə güllə yarası almasına baxmayaraq, sabit olduğu bildirilir.

General Koun onun üzərində "yaxın zamanda ölmək" təhlükəsinin olmadığını söyləyib.

1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır.

Bazada iki muzey, məktəblər, xəstəxana və göl var.

Mayor Həsənin qohumu ABŞ mediasına deyib ki, o xaricə hərbi xidmətə getmək perspektivini "ən dəhşətli yuxu" adlandırırdı. Bundan başqa mayor "Yaxın Şərq etnosuna" mənsubiyyəti səbəbindən irqi təhqilərə məruz qaldığından şikayətlənirdi.

Fort Hudda xidmət edən bir Amerika əsgərinin BBC-yə dediyinə görə, bu insident səbəbindən Amerika ordusunun müsəlman əsgərləri üzərinə təzyiqlər edilə bilər:

"Müsəlman həmkarlarım bunu çox pis qarşılayıblar, çünki hadisə onlar barədə pis rəy yaradır. Onlara etimad azalır, hamı baxıb düşünür ki, "birdən bu da belə bir hərəkət edər."

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik