|
Ukrayna qazın pulu Rusiyaya ödəyib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ukrayna son möhlət bitməzdən əvvəl oktyabr üçün qaz borcunu Rusiyaya ödəyib.
Ukraynanın baş naziri Yuliya Timoşenko deyib ki, pullar cümə günü lazımi hesablara köçürülüb. Rusiya bazar ertəsinə kimi yarım milyard dollarlıq qaz hesabını ödəməyi tələb edirdi. Baş nazir Timoşenko bu vəsaitin tam şəkildə ödənildiyini deyib. Lakin Qazpromun sözçüsü pulların alındığına dair şərh verməkdən boyun qaçırıb. Ötən həftə Rusiyanın baş naziri Vladimir Putin xəbərdarlıq etmişdi ki, Ukrayna öz öhdəliklərini yerinə yetirməyə bilər. O Avropa İttifaqından Ukraynaya ən azı 1 milyard dollar borc verməyi xahiş etmişdi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||