BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 Noyabr, 2009 - Published 15:28 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyə Aİ-nı daxili işlərinə müdaxilədə suçlayır
 
Əl-Bəşir
Prezident əl-Bəşirə qarşı Beynəlxalq Cİnayətlər Məhkəməsi tərəfindən hərbi cinayət ittihamı irəli sürülüb.
Türkiyə prezidenti Abdulla Gül Avropa İttifaqını ölkəsinin daxili işlərinə müdaxilədə ittiham edib.

Avropa İttifaqı Türkiyədən Sudan prezidenti Ömər əl-Bəşirə dəvətnamə göndərməsinə yenidən baxmağı xahiş edib.

Prezident əl-Bəşirə qarşı Beynəlxalq Cİnayətlər Məhkəməsi tərəfindən hərbi cinayət ittihamı irəli sürülüb.

Prezident Gül deyib ki, Sudan prezidenti İslam Konfransı Təşkilatının gələn həftə İstanbulda keçirilən zirvəgörüşündə iştiraka dəvət alıb və bu onun türk rəsmilərilə ikitərəfli görüşü deyil.

Avropa İttifaqına üzvlük müraciəti etmiş Türkiyə Beynəlxalq Cinayət Məhkəməsini tanımır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik