|
Rusiyada kütləvi donuz qripinə qarşı vaksinasiya
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rusiyada gələn həftənin əvvəlindən donuz qripinə qarşı əhalinin peyvənndləşməsi başlamalıdır. Ölkədə donuz qripindən ölənlərin
sayı 19 nəfərə çatıb, xəstəliyə yoluxanların ümumi sayı 3000 nəfəri keçib.
Ən problemli yerlər kimi cənub-şərqi Sibir bölgəsi və Moskva şəhəri göstərilir. Bu arada səhiyyə rəsmiləri deyirlər ki, vəziyyət ümumən nəzarət altındadır və hər şey hələlik mülayim ssenari üzrə inkişaf edir. Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyində bildirilib ki, artıq bu həftənin sonuna 3 milyon doza vaksin hazır olacaq. Vaksinlər Rusiyada hazırlanır və burada da klinik sınaqlardan keçib. İlk əvvəl peyvəndləşmə daha gec olmalıydı, ancaq donuz qripinin daha surətlə yayılması üzündən vaksinlərin hazırlanması prosesi tezləşdirilib. Ümumən təxminlərə görə, 40 milyon vaksin hazırlanmalıdır və bu da ölkə əhalisinin təxminən 1/3-nə bəs etməlidir. Peyvəndləşmə bir neçə mərhələylə aparılmalıdır və ilk əvvəl necə deyərlər riskli qruplar bu prosedurdan keçməlidir. Bu isə uşaqlar, həkimlər, kommunal xidmətlərdə işləyənlər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlərdi. Bu arada donuz qripi və adi qripin qarşısı alınması üçün bir sıra Rusiya bölgələrində, o cümlədən Moskvada məktəb tətilləri uzadılıb. Bəzi bölgələrdə isə məktəblərdə ümumən karantin elan edilib. Rusiyanın baş sanitar həkimi Gennadiy Onişşenko əlavə tədbirlərin də yeridiləcəyini istisna etmir: "Ticarətdə biz maskaların gəzdirilməsini tələb edəcəyik, vəziyyət daha da pisləşsə məktəb tətilləri uzadıla bilər", deyib cənab Onişşenko. Yeri gəlmişkən, tələb olunan maskaları hər halda Moskvada tapmaq elə də asan iş deyil. Şəhərdə bir bir dərman tükanlarını gəzib belə maskaları axtarmaq lazımdır. Eyni şey bir sıra antivirus dərmanlarına da aiddir. Onlar bir çox yerlərdə ya ümumən yoxa çıxıb ya da, xəbər verildiyinə görə, çox yüksək qiymətlərlə satılır. Bu arada səhiyyə rəsmiləri vəlvələnin yolverilməzliyindən danışırlar. Qeyd olunur ki, Rusiyada vəziyyət başqa yerlərə baxanda xeyli qənaətbəxşdir, yerli vaksinin geniş istifadəyə buraxılması isə xəstəliyin yayılmasını xeyli cilovlaya bilər. Düzdür, bəzi mütəxəssizlərə görə, yeni vaksin hələ hərtərəfli və uzunmüddətli sınaqlardan keçməyib. Habelə göstərilir ki, Rusiyada diaqnostika işi bir elə yüksək deyil və bu baxımdan donuz qripiylə bağlı real durum rəsmi rəqəmlərdə göstərildiyindən xeyli ağır ola bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||