BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 Noyabr, 2009 - Published 15:03 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Gürcü alimi antibakteriya metodunu Londonda təbliğ edir
 
Adamiya
Doktor Revaz Adamiya metodunu Lordlar Palatasında təqdim edib
Aparıcı gürcü alimi, Revaz Adamiya iddia edib ki, davamlı bakterial infeksiyaların çarəsini aşkar edib. Tbilisidəki Bateriofaq, Mikrobiologiya və Virusologiya Eliviya İnstitutunun müdiri olan doktor Adamiya "faq" adlanan alternativ müalicə metodunu Londondakı Lordlar Palatasında bir qrup alimə və parlament üzvünə təqdim edib.

Gürcüstan yaxşı bakteriyaların pis bakteriyaları yeməsinə əsaslanan müalicə metodunu ilk tətbiq edən ölkələrdən biridir. Faq texnikasını 1915-ci ildə ixtira edən britaniyalı alim Frederik Tvort olub.

1923-cü ildə gürcüstanlı bioloq Georgi Eliava Tvort və digər aparıcı fransız alimi Derellə a görüşüb və onları Tbilisidə tədqiqat institutu açmağa razı sala bilib. Sovet dövründə Eliviya institutu zərərli bakteriyanı öldürə bilən virusların öyrənilməsində aparıcı rol oynayıb.

Müəssisə Sovet ordusu üçün tonnlarla dərman istehsal edib. Mərkəzi Asiyada insan və heyvan xəstəliklərinin müalicəsində müstəsna rol oynayıb.

1937-ci ildə güllələnsə də, institut Georgi Eliviyanın adını bu günə kimi daşıyır.

Bakteriofaq texnikası

Viruslar bakteriyaya qarşı

Faqlar yalnız bakteriyaya hücum edən təbii viruslardır. Onlar insan, bitki və ya heyvan hüceyrələrinə toxunmur. Virus hədəfə aldığı bakteriyanın hüceyrəsini dələrək, öz DNT-sini ora yeridir.

Bu xüsusilə antibiotiklərə davamlı bakteriyaların məhvində effektiv metoddur.

Yeni maraq

Son 20 il ərzində antibiotiklərə müqavimətli yeni superbakteriyalar meydana çıxıb.

Doktor Adamiya hesab edir ki, faq texnikası əsasən xəstəxanalarda olan bu bakteriya ilə mübarizədə kömək edə bilər.

Faq metodundan həm də heyvan və bitki xəstəliklərinin müalicəsində istifadə olunur.

Bu yaxınlarda əldə edilmiş yeni texnika metoddan sənayedə istifadənin mümkün olduğunu göstərir. Tbilisidəki bu elmi təsisat neft kəmərlərində formalaşan bio-örtüyün qarşısını ala bilən faq tipi üzərində işləyir.

Niyə yalnız Gürcüstanda?

Bakteriofaq texnikası sabiq SSRİ-də 20-ci əsrin əvvəllərindən tətbiq edilib. Dünyanın qalan hissəsi buna etinasız yanaşırdı. Faq müalicəsini Gürcüstandan kənarda aparmaq üçün daha geniş və sərt sınaqlar aparılmalıdır.

Gürcüstandakı institut öz metodunu beynəlxalq səviyyədə təbliğ etməkdədir. Ona xarici investisiya lazımdır ki, öz klinik sınaqlarının standartlarını artıra bilsin. Laki Eliviya institutu öz patentini itirməkdən də ehtiyat edir.

Firdevs Robinson, BBC

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik