|
Gürcüstan rus dilində teleyayıma başlayacaq
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gürcüstan rus dilində telekanal açmaq niyyətində olduğunu bəyan edib.
Tbilisi ümid edir ki, bununla Rusiyanın region mediasındakı nüfuzuna ziyan vura biləcək. Gürcüstanın ictimai televiziyasının rəhbəri Gia Çanturiya deyib ki, telekanalda tanınmış rus jurnalistləri işləyəcək. Onun auditoriyasına Ermənistan, Azərbaycan və Rusiyanın İnquşetiya və Çeçenistan bölgələrindəki etnik azlıqların daxil olacağına ümid edilir. Yerli mətbuata əsasən, yeni telekanal qismən mühacirətdə olan rusiyalı multimilyonçu Boris Berezovski tərəfindən maliyyələşdiriləcək. 90-cı illərdə Kremldə böyük nüfuza malik Berezovski, Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiyanı tərk etməli olub. Lakin cənab Çanturiya bu xəbəri təkzib edərək, telekanalın Gürcüstan tərəfindən maliyyələşdiriləcəyini deyib. Yayım internet vasitəsilə başlayacaq, sonra isə peyklə genişləndiriləcək. Lakin yayımın başlayacağı konkret tarix müəyyən edilməyib. BBC-nin Gürcüstandakı müxbiri deyir ki, Gürcüstanda əksər evlərdə Rusiya telekanallarına baxmaq mümkündür və indiyə qədər
bu kanallarla rəqabət apara bilən media vasitələri yox idi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||