|
BMT işçilərini Əfqanıstandan çıxarır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
BMT Əfqanıstandakı 600 nəfərlik işçi heyətini müvəqqəti olaraq başqa yerə köçürəcəyini deyib.
Personal yalnız Əfqanıstandakı BMT binalarında təhlükəsizlik təmin olunduğu zaman ora qayıda bilər, bunu BMT-dən bildiriblər. Transfer, yardımın daşınması kimi hallara təsir etməyəcək. Çünki bu işi yerli əfqan işçilər görür, deyə BMT əlavə edib. BMT bu qərarı ötən həftə Talebanın hücumu nəticəsində Kabulda 5 BMT işçisinin öldürülməsindən sonra verib. Talebanın hücumu zamanı 3 əfqan da öldürülmüşdü. Qonaq evinə edilmiş həmin hücum 2001-ci ildə Talban rejiminin dağılmasından sonra BMT işçilərinin məruz qaldığı ən dəhşətlisi idi. BMT həmçinin Pakistanda uzunmüddətli inkişaf işlərini məhz təhlükəsizliyə dair narahatlıqlar ucbatından dayandırıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||