BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Noyabr, 2009 - Published 10:39 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Torilər Britaniya-Aİ münasibətlərini "dəyişəcək"
 
Kameron
Britaniyanın Konservativlər partiyası gələn il seçkilərdə qalib gələcəkləri təqdirdə ölkənin Avropa İttifaqı ilə münasibətlərini dəyişəciyini bildirib.

Partiyanın lideri Devid Kameron deyib ki, hakimiyyətə gələndən sonra Avropa İttifaqının bütün müqavilələrini referendum yolu ilə təsdiqləyəcək və İttifaqın bəzi qaydalarını yenidən gözdən keçirəcək.

Torilərin bu mövqeyinə sərt reaksiyalar verilib. Fransanın Avropa məsələləri üzrə naziri Pyer Leluş deyib ki, belə planlar heç bir zaman uğurlu ola bilməz. Nazir əlavə edib ki, o, Konservativlərin Britaniyanın nüfuzunu "məhdudlaşdırmaq" istədiyini görməkdən çox məyusdur.

Aİ parlamentinin Almaniyadan olan üzvü Elmar Brok da bu arada deyib ki, Konservativlər adi vətəndaşların narahatlıqları ilə məşğul olmaqdansa, heç bir zaman bitməyən institusional müzakirəni yenidən qızışdırmaq istəyirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik