BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Noyabr, 2009 - Published 15:42 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya Gürcüstanın hücumunu istisna etmir
 
Gürcüstan
Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya hücumunu istisna etmir. Bunu ölkənin Silahlı Qüvvəllərinin Baş qərargahı yanındakı Baş Kəşfiyyat İdarəsinin rəhbəri Aleksandr Şlyaxturov bəyan edib.

General Şlyaxturov habelə bildirib ki, Ukrayna və bir sıra başqa ölkələr Gürcüstanı silahla təhciz edirlər.

Bu arada bəzi şərhçilərin zənnincə, Moskvanın ittihamları şişirdilmiş də ola bilər. Həmçinin göstərildiyinə görə, burada Moskvanın başlıca məqsədinin özünün mümkün gələcək hərəkətlərini əsaslandırmağa çalışması da istisna deyil.

İTAR-TASS agentliyinə verdiyi müsahibədə Baş Kəşfiyyat İdarəsinin başçısı Aleksandr Şlyaxturov bəyan edib ki, Gürcüstanla vəziyyət gərgin olaraq qalır, beləki, "hazırkı gürcü rəhbərliyi nəinki Abxaziya və Cənubi Osetiyanın suverenleyini tanımaqdan imtina edir, o hər vəhclə müstəqil olmuş bu ölkələri öz yurisdiksiyası altına qaytarmağa çalışır".

General Şlyaxturova görə, Gürcüstan rəhbərliyi ötən ilin avqustunda olduğu kimi ipə-sapa yatmayan respublikaları tabe etmək üçün güc işlətmək yoluyla gedə bilər. Hər halda cənab Şlyaxturov vurgulayıb ki, onun idarəsi vəziyyətin belə inkişafını istisna etmir.

Baş Kəşfiyyat İdarəsi Rusiyanın aparıcı kəşfiyyat idarəsidir və o ölkənin ən məlumatlı idarələrindən sayılır. Moskvalı hərbi ekspert Pavel Felkenqauerə görə, Rusiya hərbçiləri artıq ilk dəfə deyil ki, Gürcüstanı hücuma hazırlaşmaqda ittiham edirlər və belə ittihamların arxasında müəyyən siyasi motivlər də dura bilər:

"Prinsip etibarıyla bu Rusiyayla Gürcüstan arasında genişmiqyaslı müharibənin başlanmasına bir hazırlıq ola bilər. Yəni belə önləyiçi bəyanatlarla Rusiya öz mümkün hərəkətlərinə bərait qazandıra bilər. Maraqlıdır ki, Cənubi Osetiya Rusiyaya bir elə vacib deyil, Moskvanın strateji məqsədi Cənubi Qafqaza nəzarət etməkdir. Bunun üçün Rusiya özünün Ermənistandakı qoşunlarıyla quru yolla bağlantıya malik olmaldır. Bu isə ancaq Gürcüstan ərazisiylə ola bilər. Bu halda Azərbaycan da Qərbdən təcrid oluna bilər. Məncə, Moskvanın uzunmüddətli strateji hərbi-siyasi marağı məhs budur", deyir cənab Felkenqauer.

Rəsmi Moskva öz növbəsində bəyan edir ki, onun Gürcüstanın daxili rayonlarını tutmaq niyyətləri yoxdur, o sadəcə Cənubi Osetiyada onun qənaətincə işğalçılara qarşı müdafiə xarakterli müharibə aparmağa məcbur qalmışdır.

Yeri gəlmişkən, Baş Kəşfiyyat İdarəsində bildirirlər ki, hazırda Gürcüstan NATO ölkələri, İsrail və Ukraynadan hərbi kömək alır. Deyilir ki, ABŞ Gürcüstan ordusunun şəxsi heyyətini təlim edir, İsrail Gürcüstana heyyətsiz təyyarələr, Ukrayna isə ağır silahlar və havadan müdafiə sistemlərini göndərir. Hələlik bu ölkələrdən rəsmi reaksiya yoxdur.

Hərçənd ki, bir sıra Ukraynalı hərbi ekspertlərə görə, Ukraynaya qarşı belə ittihamlar əsassızdır. Onların zənnincə, Kiyevdə yaxşı başa düşürlər ki, münaqişəli bölgələrə silah göndərilməsi bir elə yaxşı deyil. Bir qədər əvvəl Rusiya bəyan etmişdir ki, ötən ilki müharibə zamanı Gürcüstan tərəfində Ukrayna hərbçiləri də iştirak edib. Kiyev bu iradları təbliğat və təxribat kimi qələmə verərək onları təkzib etmişdir.

Eyni zamanda bildirilir ki, Gürcüstana silah göndərilməsiylə bağlı heç bir beynəlxalq sanksiya və embarqo yoxdur və deməli bu ölkəyə silah göndərilməsi hüququ baxımdan qanunsuz bir şey deyil.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik