Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Noyabr, 2009 - Published 11:26 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Opel şirkətində 10 min iş yeri ixtisara salınır
 
Opel
General Motors (GM) şirkəti özünün Avropa maşın istehsalçısı olan Opel birləşməsində 10 min iş yerini azaldacağını bildirib.

Bir neçə gün öncə isə, GM bildirmişdi ki, Opel-i Kanadanın Maqna şirkətinə satmaq planından vaz keçib.

Bu gün Almaniyada GM-nin qərarı ilə bağlı böyük nümayişlər keçirilir.

Almaniya hökuməti Opel şirkətinin satışı qərarını dəstəkləyib, amma GM-dən 2 milyarddan çox aldığı krediyi geri ödəməsini tələb edib.

Almaniyada həmkarlar ittifaqları bu qərardan sonra 4 Opel zavodundan 2-nin bağlana biləcəyindən ehtiyatlanırlar.

Maqna şirkəti ilə razılaşmada isə 4 zavodun hər birinin işləyəcəyinə təminat verilmişdi.

Almaniyada siyasətçilər və həmkarlar ittifaqları şirkətin Maqnaya satılmasına üstünlük verirdilər.

Onlar hesab edirdilər ki, bununla şirkətin Almaniyadakı iş yerlərini saxlamaq mümkün olacaq.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik