BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Noyabr, 2009 - Published 13:00 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İsveç Nord Stream kəmərinə razılıq verdi
 
qaz kəməri
İsveç özünün Nord Stream (Şimali Axın)qaz kəmərinin tikintisinə başlayır. Bu kəmər vasitəsilə Rusiya qazı Baltik dənizindən Almaniyaya nəql olunacaq.

Ötən ay Danimarka Nord Stream kəmərinin tikintisinə razılıq vermişdi. Kəmərin tikintisi 15 milyard dollara başa gələcək.

Bundan sonra kəmərin tikintisinə Finlandiya, Rusiya və Almaniyanın da razılıq verməsi lazımdır.

İşə başlayandan sonra kəmər vasitəsilə ildə 55 milyard kub metr qaz Rusiyanın Vıborq limanından Almaniyanın Greifswald portuna daşınacaq.

Ötən il İsveçin ətraf mühit naziri Andreas Carlgren bildirmişdi ki, layihə Baltik dənizinin ekosistemlərinə mənfi zərər vura bilər. İsveç bu layihənin həyata keçirilməsinə ən böyük maneə kimi qəbul edilirdi.

Ancaq İsveç naziri indi bildirib ki, kəmərin tikintisilə məşğul olan Nord Stream AG şirkətinin ətraf mühitlə bağlı son hesabatları hökuməti məmnun qoyub və layihə hökumətin ətraf mühitlə bağlı tələblərinə cavab verir.

Rusiyanın Gazprom şirkəti layihədə 51 faiz paya sahibdir.

Nord Stream şirkəti bildirib ki, İsveç hökumətinin təsdiqi layihə reallaşmağa bir addım daha yaxınlaşdırıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik