BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Noyabr, 2009 - Published 15:57 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Şimal axını Nabukkonun işlərini korlaya bilərmi?
 
qaz kəməri
Rusiya-Almaniya konsorsiumun Baltik dənizinin dibi ilə çəkiləcək Şimal Axını qaz kəməri layihəsinin icrasına regionun iki əsas oyunçusu tərəfindən xeyir dua verilib. İsveçrə və Finlandiya bildiriblər ki, innən belə bu kəmərin tikintisinə etiraz etmirlər.

Rusiya qazından son dərəcə asılı olan Avropa İttifaqı bundan əvvəl Rusiya ilə Ukranya arasında qaz çəkişməsindən narahatlıqlar keçiridi.

Kəmər ildə 55 milyard kub metr Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya çatdıracaq.

Nabukkodan fərqli olaraq bu kəmər demək olar ki, dərhal hasilə gələcək. Birinci kəmərin tikintisi 2011-ci ildə başa çatacaq. İkinci kəmər 2012-ci ilin sonunadək istifadəyə veriləcək.

Kəmər həmçinin Rusiya qazının tranzitçisi olan Polşa tərəfindən də tənqid olunurdu. 2007-ci ildə Estoniya bu kəmərin onun ərazi suları ilə getməsinə icazə verməmişdi.

1200 kilometrlik kəmər İsveç, Finlandiya və danimarkanın ərazi suları altından keçəcək. Layiyədə Qazpromun 51 faiz, Almaniyanın 20, Danimarkanın isə 9 faiz payı var.

Jens Mueller, Nordstream layihəsinin sözçüsüdür. BBC-ə müsahibəsində o, bunları deyib:

Biz bu layihənin siyasi yönünün olduğunu inkar etmirik. Bu səbəbdən də bizim layihəyə bütün dünyada maraq böyükdür. Lakin unutmayaq ki, bu layihə Avropa İttifaqının çoxşaxəli yanacaq təchizatı siyasətinə uyğundur. Əslində bu boru xətti Avropa kəmərlər şəbəkəsinin bir hissəsidir.

Lakin bu necə Avropa İttifaqının siyasətinə daxildir ki, söhbət Rusiya qazından asılılığı artıracaq daha bir kəmərdən gedir?

Asılılıq deyəndə, baxır bu istilahı necə şərh edirsən. Rusiya qazının bütün Avropa yanacaq sistemindəki payı 8 faizdir, Avropanın qaz təchizatında rusların payı 25 faizdir. Rusiya qazının idxal olunan qazlar arasında payı 41 faizdir. Bu nisbəti Şimal Axını layihəsi dəyişdirməyəcək. Bir də təkrar edirəm asılılıq geniş məfhumdur. Avropaya qaz gətirəcək başqa mənbələrə malik başqa layihələr də var.

Digər tərəfdən əgər Nabukko kəmərini müqayisə etsək, görərik ki, Şimal Axınının istifadəyə veriləcəyi yaxın müddət nəllidir. Halbuki Nabukko hələ vəsait axtarır. Bu mənada Şimal axını Nabukkonun işlərini korlaya bilərmi?

Yox, burada rəqabət yoxdur. Çünki Avropanın gələcək ehtiyaclarını ödəyəcək hələ çox layihələr lazım olacaq.

Lakin axı, deyək ki, Nabukko qaz mənbələrindən ən əsası kimi gözünü Azərbaycana dikib. Rusiya isə Azərbaycan qazını almağa can atır.

Bilirsiniz bu qaz mənbələri arasında rəqabətdir. Odur ki, mən Şimal axını layihəsinin sözçüsü kimi sizin bu sualınıza cavab verə bilmərəm.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik