 |
|
| İntel şirkətinin mikrosxemi |
Nyu York ştatı kompyuter mikroprosessorları üzrə dünyanın ən iri istehsalçısı olan İntel şirkətinə qarşı məhkəmə işi qaldırıb.
Bundan əvvəl iki il ərzində İntelin başqa istehsalçıarla rəqabət aparmasına dair təhqiqat aparılırdı.
Məhkəmə orqanları deyirlər ki, İntel şirkəti bu rəqabətdə üstün mövqelərini təmin etmək üçün qeyri-qanuni davamlı olaraq təhdidlər,
rüşvət və sövdələşmələrdən istifadə edirdi.
İntel şirkətini mikrosxemlərin istehsalı sahəsində onun rəqibi AMD şirkəti məhkəməyə verib.
Bundan 6 ay əvvəl Avropanın rəqabət tənzimləyici qurumları İnteli 1.5 milyard dollar məbləğində cərimə etmişdilər.
Nyu Yorkun baş prokuroru Əndrü Kuomo (Andrew Cuomo) deyib ki, dünyada öz rəqiblərini məğlub etmək üçün İntel bir qayda olaraq
qeyri-qanuni üsullardan istifadə edib.
|