BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Noyabr, 2009 - Published 10:01 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Tehranda Əhmədinejad əleyhinə nümayiş
 
İran
İran paytaxtı Tehranda iğtşaş polisiylə müxalifət tərəfdarları arasında toqquşmalar baş verib.

Şahidlərin sözlərinə görə, polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Bəzi təsdiq olunmamış xəbərlərə görə, hökümət qüvvələri odlu silahdan da atəş açıblar.

Dövlət televiziyasında yayılan xəbərlərə görə, təhlükəsizlik qüvvələri nümayişi dağıdıb. Bu hadisə hökümətpərəst qüvvələrin təşkil etdiyi yürüşün yaxınlığında baş verib.

Hökümətpərəst qüvvələrin yürüşü Tehranda düz 30 il bundan əvvəl Amerika səfirliyinin İran tələbələri tərəfindən tutulmasının ildönümünə həsr olunmuşdu.

Tehranda bu günkü hadisələrin şahidi olmuş adamlardan vebsaytlara demək olar ki xəbər seli gəlməkdədir.

Minlərlə insan şəhərin mərkəzi hissəsindəki küçələrə doluşub. İğtişaş polisi əvvəlcədən oradadır. Tvitterdə yayılan mesajlarda deyilir ki, polis dəyənəkləri işə salıb və etirazçıların üzərinə narıncı rəng püskürdür ki, sonradan onları asanca seçib ayırmaq olsun.

Mesajlardan birində deyilir ki, mənim dostum plastik güllə ilə gözündən zədə aldıqdan sonra xəstəxanaya gedib.

Bütün bunlar təsdiq olunmamış xəbərlərdir. Odur ki, biz mesajları yazanların hadisələrin real şahidləri olduğuna təminat verə bilmərik. Lakin bunlar Tvitter saytının bu gün ən çox danışılan mövzusudur.

İranda ötən iyun seçkilərindən sonrakı etirazlar zamanı minlərlə insan məhz Tvitter vasitəsilə xəbər yayırdı. Adamlar yazırdılar ki, bu çox təhlükəli olsa da, onlar öz ölkələrində baş verənlər barədə xəbərlərin dünyaya yayılmasını istəyirlər.

BBC müxbirlərinin icazə verilməmiş aksiyalara getməs qadağandır. Başqa beynəlxalq media nümayəndələrinin işinə məhdudiyyət qoyulub.

Bir sıra mesajlada Youtube saytına linklər qoyulub və orada nələrin baş verdiyini əks edən videolara tamaşa etmək olar.

Bu videosüjetdə adamların küçə ilə gedərək "Diktatorlara ölüm" qışqırdıqları görünür.

Bu videoda adamların izdihamda qaynaşdıqları görünür. Zibil qutularına od vurulub. Sonra adamlar qaçmağa başlayırlar və təsvir tutqunlaşır.

Belə iddilar da edilir ki, prezidentliyə namizədlərdən Mehdi Kərrubi Amerika səfirliyi binası yaxınlığında nümayişçilərə qoşulub. Başqa təsdiq olunmamış iddialar görə isə digər namizəd Mirhüseyn Musəvinin evi polislər tərəfindən blokadaya alınıb ki, o, nümayişə qoşula bilməsin.

Daha sonra əlimizdə BBC News websitına göndərilmiş, yenə də təsdiq edə bilməyəcəyimiz çox sayda mesajlar var. Həmid adlı birisi yazır ki, hər yer yaşıl geyinmiş nümayişçilərlə doludur.

Bu rəngi müxalifət İranda özünün əsas rəmzi kimi seçib. Həmid yazır ki, polis dəyənəklərdən istifadə edir.

Raha yazır ki, adamlar öz qapılarını yaralılar üçün açırlar ki, onları aradan çıxarsınlar. Lakin o həm də yazır ki, nümayiş keçirildiyi yerdən başqa şəhərin qalan hissələrində ölüm sükutu var.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik