BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Noyabr, 2009 - Published 15:55 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycanlı Dinara Əliyevə Rusiyanın Böyük Teatrının solisti seçilib
 
Dinara Əliyeva
BBC-nin Azərbaycan Xidməti ilə müsahibəsində Dinara Əliyeva yeni təyinatı haqda bunları deyib:

Mən Böyük Teatrın solisti olmağıma sevinirəm. Məncə bu, hər bir opera müğənnisinin ümdə arzularından biridir. Böyük Teatr nəinki Rusiya, hətta dünya mədəniyyətinin mərkəzidir. Bu faktor isə məni yeni yaradıcı nailiyyətlərə ürəkləndirir. Mən fəxr edirəm ki, Böyük Teatrda solist olacaq ilk azərbaycanlı müğənniyəm və sonuncu olmayacağıma ümid edirəm. Bu, məni böyük etimadı doğrultmağa ürəkləndirir.

BBC: Böyük Teatrda çıxış etmək vahiməli gəlmirmi sizə? Siz öz emosiyalarınızın öhdəsindən necə gəlməyi planlaşdırırsız?

Mən artıq bu səhnədə Puççininin Turandot əsərindən bir surəti ifa etmişəm. Əlbəttə ki , çıxış etmək həyəcanlandırıcı idi. Amma səhnədə özümü çox rahat hiss edirdim. Mən çox xoşbəxt idim. Amma hər dəfə sənhəyə çıxanda müəyyən həyəcan olur. Səhnədə çoxdan olduğumdan buna artıq alışmışam. Bunun böyük məsuliyyət olduğunu da unutmuram.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik