BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Noyabr, 2009 - Published 14:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Britaniya hökuməti ittihamla üzləşib
 
Türkiyə bayrağı
Britaniya hökuməti ermənilərin soyqırım adlandırdıqları 1915-ci il qətliyamlarını inkar etməkdə ittiham olunub.

Londonda çıxan Guardian qəzeti yazır ki, bu, ölkə Xarici İşlər Nazirliyinin məxfi sənədlərinin açıqlanmasından sonra baş verib.

15 il bundan əvvələ aid olan hökumət sənədlərində deyilir ki, Türkiyə-Britaniya münasibətləri bu məsələ ilə korlanmamalı dərəcədə önəmlidir. Sənəddə deyilir ki, "Türkiyə bu məsələdə son dərəcə inadlı və əsəbidir".

Britaniya Xarici İşlər Nazirliyinin nazirlər üçün nəzərdə tutulmuş məxfi brifinqində deyilir ki, hökumət bu məsələnin etik tərəfləri barədə tənqidləri müzakirə etmək üçün açıqdır, lakin dərhal da əlavə olunur ki, "lakin bizim Türkiyə ilə siyasi, strateji və kommersiya əlaqələrimizin vacibliyi hazırkı mövqenin yeganə ağlabatan mövqe olduğunu göstərir. 1999-cu ilə aid sənəddə deyilir ki, "soyqırımın tanınması Birləşmiş Krallığa heç bir praktik mənfəət gətirmir".

Guardian qəzetinin sualına cavab verərkən BMT-nin Sierra-Leonedəki hərbi cinayətlərə dair məhkəməsinin sədri kimi fəaliyyət göstərmiş Cefri Robertson "soyqırımın tanınmamamasını sinik hərəkət" adlandırıb. Guardian yazır ki, hazırkı sənədlərin açıqlanmasına da Londondakı erməni qruplarının ricası ilə məhz Robertson nail olub.

Hərçənd ona istər Leyborist, istərsə də Mühafizəkarlar hökumətlərinin hakimiyyəti dövrünə aid sənədləri çox güclü redaktə olunmuş şəkildə veriblər.

Britaniyanın məxfi sənədlərinin açıqlanması üçün nəzərdə tutulan "İnformasiya Azadlığı Haqqında Qanununda" belə redaktəyə imkan yaradan müddəa var. Bu gün açıqlanmış hesabatın müəllifi Cefri Robertson deyib ki, Xarici İşlər Nazirliyi bu məsələdə Parlamenti azdırıb.

Xarici işlər naziri mühafizəkar Duqlas Hoqa aid 1995-ci il tarixli məktubda deyilir ki, o, qurbanlara həsr olunmuş xatirə mərasiminə qoşulmayacaq və alimlərin guya "soyqırımı"na dair faktlar barədə müxtəlif mövqeyə malik olduqları barədə ideyanı dəstəkləməyəcək. O vaxt Britaniya hökuməti erməni qırğınları qurbanlarının holokosta həsr olunmuş xatirə mərasiminə daxil edilməsinə yol verməmişdi.

Robertsonun hesabatında deyilir ki, "1915-ci ildə Osmanlı hökumətinin 2 milyon erməninin deportasiyasını əmr etməsinə və yüz minlərlə insanın aclıq, xəstəlik və silahlı basqınlarda həlak olmasına şübhə yoxdur".

Hesabatda bu da qeyd olunur ki, 1948-ci ilin "soyqırım Konvensiyası" yazılarkən məhz ermənilər nzərədə tutulmuşdu və bir sıra Avropa Parlamentləri onların başına gələnləri soyqırım kimi qəbul ediblər.

Robertsonun fikrincə Britaniya hökumətinin erməni qırğınları haqqında "birmənalı sübutların çatışmazlığı" formulunu hüquqi baxımdan mənasız adlandırıb.

Guardian yazır ki, London Türkiyənin Avropa İttifaqına üzvlüyünü qızğın şəkildə dəstəkləyir, lakin Ankaranın bu ittifaqa üzvlüyü üçün onun öz keçmişini etiraf etməsi məhək daşına çevrilib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik