BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 Noyabr, 2009 - Published 10:01 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Aspirini yalnız ürək xəstələri içməlidir - həkim məsləhəti
 
Aspirin
Dərmanlar və Terapiya Bülleteni dərgisində dərc olunmuş tədqiqata əsasən, ürək-damar xəstəliklərinə malik olmayan şəxslər ürək xəstəliyi və iflicin profilaktikası məqsədilə aspirindən istifadə etməməlidirlər.

DTB araşdırmasında yazılıb ki, aspirin ciddi daxili qanaxma hallarına səbəb ola bilər və ürək-damar xəstəliyinin səbəb olduğu ölüm hallarının qarşını almır.

Orada yazılıb ki, həkimlər hazırda ürək xəstəliyinin qarşısını almaq üçün bu dərmandan istifadə edən xəstələyi müayinə etməlidirlər.

Britaniya Kral Terapevt Kolleci DTB-nın məsləhətini dəstəklədiyini bildirir.

İnfarkt və iflic keçirmiş xəstələr aşağı dozalarda aspirindən gündəlik istifadə edirlər.

İkinci mərhələ preventasiyası kimi tanınan bu yanaşmanın faydası sübuta yetirilib.

Lakin bir çoxları ürəklərində problemlərin yaranacağından ehtiyat edərək, aspirini müdafiə tədbiri kimi qəbul edirlər.

Lanset jurnalında 6 sınaq zamanı 95 min xəstəni müayinə edilməsinin nəticələri barədə dərc olunmuş araşdırma aspirindən belə istifadənin qastro-bağırsaq qanaxması təhlükəsini artırdığını və ölüm hallarının sayına çox az təsir göstərdiyini göstərib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik