|
Əhmədinejad parlamenti hədələdi
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Iran prezidenti Mahmud Əhmədinejad ərzaq və yanacaq subsidiyalarını tədricən ləğv etməyə yönəlmiş qanun layihəsini parlamentdən
geri çağırmaqla hədələyib.
O deyib ki, parlament bu prosesdən qənaət üzərində nəzarəti hökumətə verməlidir. Prezident bu hədəni parlamentə növbədənkənar çıxışında edib. Müxbirlər deyirlər ki, iyun ayında mübahisəli prezident seçkilərindən sonra bu prezident Əhmədinejad və parlament arasında çətin münasibətlərin daha bir təzahürüdür. Subsidiyalar İran büdcəsi üzərində ağır bir yükə çevrilib. Prezident bunları ən yoxsul təbəqəyə birbaşa nəğd pul verməklə əvəz etmək istəyir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||