|
MM Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclası cari məsələlərin müzakirəsi ilə başladı. Adətən cari məsələlərdən
danışan millət vəkilləri ölkənin müxtəlif problemlərinə toxunur. Amma bu dəfəki müzakirələr ancaq Türkiyə -Azərbaycan
münasibətləri, Türkiyənin dövlət bayrağının Bakıda türk əsgərinə qoyulan abidənin yanından götürülməsi ətrafında oldu.
Deputat Cəmil Həsənli Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı protokola Milli Məclisin indiyə kimi qiymət verməməsindən narazılığını bildirdi. "Türkiyə-Ermənistan protokollarının imzalanması oktyabrın 10-da baş verib, Azərbaycan parlamenti isə 10 gündən sonra toplanır", deyən millət vəkili hazırda Azərbaycan media məkanında aparılan antitürk siyasətinə qarşı olduğunu bildirdi. Deputat Sabir Rüstəmxanlı isə Milli Məclisin bu günlərdə Türkiyədən qayıdan 11 nəfərlik deputat qrupunu futbol komandasına bənzətdi və Türkiyə bayrağının Şəhidlər Xiyabanındakı türk əsgərləri abidəsindən götürülməsini pislədi. Vitse-spiker Bahar Muradova Türkiyə bayrağının “həqarətə ” məruz qalması fikrinə qarşı etiraz etdi. “Yalnız qanuna riayət olunub, doğrudur, ola bilsin ki, bu, vaxtında edilməyib”, deyə Muradova etiraf etdi. Bahar Muradova həmçinin bəzi parlamentarilərin Azərbaycanda Rusiya yönlü ovqatın güclənməsi fikri ilə də razılaşmayaraq dedi ki, Azərbaycan həmişə Rusiyaya qaz eksport edib və bunu Azərbaycanın şimala meyllənməsi ilə əlaqələndirmək olmaz. Birinci vitse-spiker Ziyafət Əsgərov isə Azərbaycanda antitürk kampaniyasının aparılmasına etirazını bildirdi. Ziyafət Əsgərovun sözlərinə görə, protokolların imzalanması bir daha əyani şəkildə göstərdi ki, böyük dövlətlər istəsələr, Ermənistana təzyiq edə bilərər. O, ATƏT-in Minsk qrupuna təzyiqləri artırmağı təklif etdi. Spiker Oqtay Əsədov isə dedi ki, Türkiyənin Azərbaycana qardaş hesab etməyənlər Ermənistanın dəyirmanına su tökənlərdir. Spiker hər kəsi ifadələrində təmkinli olmağa çağırdı və dedi ki, iqtidarlar gəldi gedəndir , amma Türkiyə-Azərbaycan dostluğu əbədidir. Qızğın müzakirələrə baxmayaraq, parlament Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı imzalanan protokola hər hansı yazılı münasibət bildirmədi və Türkiyə parlamentində bu məsələnin müzakirəsini gözləməyə qərarlaşdı. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||