18 İyul, 2009 - Published 14:03 GMT
Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə Qarabağ münaqişəsinin nizamlanma yolları müzakirə edilib.
İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin görüşü yekunlaşıb. Bu görüşdə Dağlıq Qarabağ məsələsinin nizamlanma prosesinin müzakirəsi bağlı qapılar arxasında keçirilib.
Danışıqlar nəticəsində heç bir sənəd imzalanmayıb.
Bu arada rəsmi Moskva bildirib ki, prezident Əliyev, Sarkisyan və Medvedevin görüşü son dərəcə konsrtuktiv olub.
Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib ki, "söhbət zamanı bir sıra açıq qalan məsələlər müzakirə edilib".
O, əlavə edib ki, prezident Medvedev bir daha təsdiq edib ki, Dağlıq Qarabağ məsələsinin hər iki tərəfi qane edən həllinin tapılması üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya öz səylərini davam etməyə hazırdır.
Bu, son 1 ildə üçtərəfli formatda keçirilən sayca artıq üçüncü görüşdür.