http://www.bbcazeri.com

17 İyul, 2009 - Published 11:35 GMT

Rəfsəncani seçkilərin mübahisəli qaldığını deyib

İranın keçmiş prezidenti Əli Əkbər Həşemi Rəfsəncani bu gün Tehranda cümə namazı zamanı deyib ki, bir çox iranlılar prezident seçkilərinin nəticələrindən şübhələnirlər və onların etimadı bərpa olunmalıdır.

Cənab Rəfsancaninin bu şərhi ötən ayda keçirilən seçkilərlə bağlı mübahisələri yenidən qızışdırmış olur. Və onun bu şərhi seçkilərlə bağlı mübahisələrin bitdiyini deyən Ali Ruhani rəhbər Əli Xəmneyinin fikri ilə ziddiyyət təşkil edir.

Əli Əkbər Həşemi Rəfsəncani deyib ki, seçkilərdən sonrakı nümayişlər zamanı həbs edilənlər azadlığa buraxılmalıdır.

Cümə namazında rəqib qruplar şüarlar səsləndirirdilər. Ondan sonra isə müxalifətin əsas namizədi Mir Hüseyn Müsəvinin tərəfdarlarını dağıtmaq məqsədilə polis gözyaşardıcı qazdan istifadə edib.