http://www.bbcazeri.com

17 İyul, 2009 - Published 13:02 GMT

Azərbaycan və Ermənistan prezidentləri danışıqlara başlayıblar

Bu gün Moskva vaxtı ilə saat 16:10-da "Presidential Hotel" mehmanxanasında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

Hər iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri amerikalı Mətyu Brayza, fransalı Bernar Fasye və Rusiyalı Yuri Merzlyakov, ATƏT sədrinin bölgədə xüsusi təmsilçisi Andjey Kasprşik də danışıqlarda iştirak edirlər.

Bundan sonra prezidentlərin görüşü təkbətək formatda keçəcək.

Sabah, iyulun 18-də Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilməlidir.