http://www.bbcazeri.com

16 İyul, 2009 - Published 09:03 GMT

ATƏT D. Qarabağ danışıqlarından tərəqqi gözləyir

ATƏT-in Azərbaycana səfərdə olan baş katibi Mark Perren de Brişambo Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə tərəqqinin əldə ediləcəyinə ümid ifadə edib.

O qeyd edib ki, prezidentlərin hər görüşündən sonra nizamlanma istiqamətində tərəqqi qeyd olunur.

"Güman ki, Moskvada da biz danışıqlarda irəliləyiş müşahidə edəcəyik."

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səyləri edirlər.

Bu gün Kreml rəsmən bildiriblər ki, sabah iyulun 17-də Moskvada Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirəcəklər.

Şənbə günü iyulun 18-də isə Azərbaycan-Rusiya-Ermənistan formatında zirvəgörüşü keçiriləcək. İndiyə kimi müəyyən fikirlər var idi ki, təyyarə qəzasına görə, Ermənistan lideri Moskvaya gəlməyəcək.

Ancaq Kreml görüşlə bağlı rəsmi açıqlama yaymaqla, səfərin baş tutacağını təsdiq edib.