http://www.bbcazeri.com

16 İyul, 2009 - Published 09:20 GMT

Musəvi cümə günü xalq arasına çıxacaq

İran prezident seçkilərində məğlub olmuş müxalifət namizədi Mir Hüseyn Musəvi bildirib ki, cümə günü son bir neçə həftə ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxacaq.

O bununla öz tərəfdarları ilə həmrəy olduğunu göstərmək istədiyini bildirib. İnternet saytı vasitəsilə yaydığı mesajında, cənab Musəvi Tehranda keçirilən əsas namaz mərasimində iştirak edəcəyini deyib.

O deyib ki, mərasimə onu öz siyasi hüquqlarını qorumaq istəyən qüvvələr dəvət ediblər.

Cümə namazına sabiq prezident Əkbər Haşəmi Rəfsəncaninin rəhbərlik edəcəyi gözlənilir.

Rəfsəncani təkrar prezident seçilmiş Mahmud Əhmədinejadın tənqidçilərindən biridir.